Benvenuto Çellini () — İntibah incəsənətinin son nümayəndələrindən olan Benvenuto Çellini həm heykəltaraş, həm zərgər, həm də yazıçı olmuşdur. O, ömrünün beş ilini Fransa kralı I Fransuanın sarayında keçirmiş, kralın sifarişi ilə çoxlu bədii zərgərlik əsərləri, o cümlədən I Fransuanın məşhur qızıl duzqabısını düzəltmişdir. Onun "Persey" adlı əsəri böyük şöhrət qazanmışdır.

O öz tərcümeyi-halını gözəl məcara romanı şəklində yazmış və bu əsərdə İtaliyada yüksək intibah dövrünün həyatı parlaq şəkildə canlandırılmışdır.

İstinadlar

Kateqoriya:LGBT şəxslər Kateqoriya:Florensiya məktəbi sənətkarları Kateqoriya:Antihomoseksual qanunvericiliklə məhkum olunanlar Kateqoriya:XVI əsr katolikləri Kateqoriya:XVI əsr İtaliya rəssamları Kateqoriya:Florensiya rəssamları Kateqoriya:İntibah yazıçıları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri