Arxada qalmış gələcək tammetrajlı bədii filmi rejissor Rüfət Əsədov tərəfindən 2004-cü ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. 2004-cü ildə qaçqın düşərgəsində yaşayan dəcəl oğlan Səməd yıxılaraq huşunu itirir və keçmişə — 90-cı illərə, müharibə bölgəsinə, əsgərlərin arasına düşür. O burada onların qəhrəmanlığının şahidi və iştirakçısı olur. Filmdə əsas rolları Fuad Poladov, Ağamehdi Abidov, Azərin,Ömür Nağıyev, Abbas Qəhrəmanov, Pərviz Məmmədrzayev, Mikayıl Mikayılov və Leyla Şahvəliyeva ifa edirlər.

Məzmun 2004-cü ildə qaçqın düşərgəsində yaşayan dəcəl oğlan Səməd yıxılaraq huşunu itirir və keçmişə — 90-cı illərə, müharibə bölgəsinə, əsgərlərin arasına düşür. O burada onların qəhrəmanlığının şahidi və iştirakçısı olur. Oğlan özünə gələndən sonra tamamilə dəyişir.

Filmin ən təsiredici kadrlarından biri qaçqınların özlərinə ev etdikləri vaqonları Səmədin hərəkətə gətirməsidir. Vaqonlar bir-birinə calanaraq hərəkətə başlayır. Rejissor bu yerdə əl-ələ verib nəhayət ki, bu problemi həll etməyin vacib olduğunu göstərməyə çalışmışdır. Eynən bir-birinə calanan və hərəkətə gələn vaqonlar kimi...

Film haqqında Qarabağ müharibəsindən bəhs edən ssenari vaxtilə "Torpaq – uğrunda ölən varsa vətəndir" müsabiqəsində mükafata layiq görülüb. Film Sergey Abramovun "Cəbhəyanı meşədə" povesti əsasında çəkilmişdir.

Festival və mükafat 2006-cı ildə Aktauda (Qazaxıstan) "Xəzər – Dostluq Dənizi" festivalında film 2-ci Mükafat almışdır.

Filmin üzərində işləyənlər Əsərin müəllifi: Sergey Abramov Ssenari müəllifi: Yusif Şeyxov Rejissor: Rüfət Əsədov Operator: Amin Novruzov Rəssam: Adil Azay, Əziz Məmmədov Bəstəkar: Xəyyam Mirzəzadə

Rollarda Fuad Poladov — Malik Ağamehdi Abidov — Səməd Azərin — Səmədin anası Ömür Nağıyev — Amin Abbas Qəhrəmanov — Ağaəli Pərviz Məmmədrzayev — Albert Mikayıl Mikayılov — Rəşid Leyla Şahvəliyeva — Mariya Yuri Baliyev — Şmarov Aydın Əliyev — Qurgen

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 380. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2004-cü ilin Azərbaycan filmləri 2000-ci illər Azərbaycan filmlərinin siyahısı

Xarici keçidlər

Filmin anonsu "Arxada qalmış gələcək" k/f fraqmentlər Kinomuzun problemlərindən, Yeni Azərbaycan.-2006.-26 oktyabr.- S. 7.

Kateqoriya:2004-cü ilin filmləri Kateqoriya:2004-cü ilin Azərbaycan filmləri Kateqoriya:Birinci Qarabağ müharibəsi haqqında filmlər Kateqoriya:Mükafat alan Azərbaycan filmləri Kateqoriya:Rüfət Əsədovun filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Zaman səyahəti filmləri Kateqoriya:Yuxular haqqında filmlər Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Azərbaycanın dram filmləri