"Sarıköynəklə Valehin nağılı" — Lütfi Məmmədbəyli tərəfindən 1980-ci ildə çəkilən Televiziya tamaşası. Televizya tamaşasıƏli İsmayılov səhnələşdirmişdi Azərbaycan Televiziyası tərəfindən çəkilmişdir.

Məzmun Televizizya tamaşası uşaqlıqdan bir-birilərini sevən və ailə quran Sarıköynəklə Zemfira Nərimanbəyova Valehin İlham Əsgərov acı taleyi haqqındadır. Lakin onların bir-birinə olan məhəbbəti hər bir çətinliyə qalib gəlir və onların xoşbəxtliyinə heç bir qüvvə mane ola bilmir.

Televiziya tamaşası haqqında Televiziya tamaşası yazıçı İlyas Əfəndiyevin eyniadlı romanı əsasında çəkilmişdir. Televiziya tamaşasında "Gün keçdi", "Alma almaya bənzər", "Həyat bizi sınayır" və. s filmlərin musiqisindən istifadə edilmişdir. Televiziya tamaşasında kinokamera ilə çəkilən səhnələr də vardı.

Televiziya tamaşası üzərində işləyənlər Əsərin Müəllifi : İlyas Əfəndiyev Səhnələşdirən : Əli İsmayılov Quruluşçu rejissor : Lütfi Məmmədbəyli (Lütfi Məmmədbəyov kimi) Quruluşçu rəssam : Rəfael Əlizadə Operator : Fəxrəddin Məmmədov, Hüseyn Aşurov Səs Rejissoru : Sabir Əliyev Rejissor Köməkçisi : Sevil İbrahimova İşıq Tərtibatçısı : Bəxtiyar Əliyev

Rollarda Zemfira Nərimanbəyova-Sarıköynək İlham Əsgərov-Valeh Kamal Xudaverdiyev-Muradzadə Zərnigar Ağakişiyeva-Ceyran Ağasadıq Gəraybəyli-Professor Mirvari Novruzova-Güllübəyim Sofa Bəsirzadə-Qönçə Muxtar Avşarov-Qədirxan Məcnun Hacıbəyov-Ağabəşir Səidə Quliyeva-Sənübər Elşad İsmayılov-Gülbala Elxan Ağahüseynoğlu-Xıdırov Ələsgər Məmmədoğlu-Musa Nəcəf Həsənzadə-Sürücü Səməndər Rzayev-Baləmi Əminə Babayeva-Simuzər Mərziyyə Məmmədbəyli-Sara Aqşin Vəlixanov-Məcidov Mustafa Süleymanov-Sədir Elxan Quliyev-Rövşən Nazir Rüstəmov-Camal Pərviz Bağırov-Sərvər Şahin Cəbrayılov-Eldar Rəfael Dadaşov-Yusifov Sadıq İbrahimov-Müstəntiq Əlvida Cəfərov-Leytenant

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı

Xarici keçid Filmi izlə

Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması