Varaz Trdat () — Qafqaz Albaniyasının hökmdarı. Cavanşirin ölümündən sonra taxta çıxmışdı. Varaz Perozun oğlu idi. 681-ci ildə taxta keçmişdi. Həmin il xəzərlər Cavanşirin ölümünün qisasını almaq üçün Qəbələni yağmaladılar. Çar tezliklə Katolikos I Yelizar vasitəsilə onlarla sülh bağladı. Onun hakimiyyətinin ilk dövründə Bizans təsiri güclənmişdi. Çar özü 694-cü ildə Bizansa gedib 5 il Konstantinopolda yaşamışdı. 699-cu ildə Albaniyaya qayıdan çar ərəblərin vassalı olandan sonra imperator II Yustinian tərəfindən övladları həbs olunmuşdu və ancaq onun ölümündən sonra qayıda bilmişdilər.Musa Kalankatlı - Alban tarixi Yerinə oğlu II Vardan keçdi. Ölüm tarixi məlum deyil.
Ailəsi Varaz Trdat xalkedonçu Sparama ilə evlənmişdi. Övladları: Qaqik - 694-711-ci illər arası Bizans sarayında girov idi. Vardan - 694-711-ci illər arası Bizans sarayında girov idi.
İstinadlar
Kateqoriya:Qafqaz Albaniyası