Benksi (; ) — Kimliyi dəqiq məlum olmayan İngiltərəli qalmaqallı, məşhur qraffiti-rəssam, siyasi aktivist, rejissor və rəssam. İsveçrəli sənətçi Maître de Casson-un Banksy ola biləcəyi barədə fərziyyələr var. Maître de Casson veb saytında bunu təkzib edir. O, qanunsuz sayılan küçə sənətini müasir incəsənətin məşhur və bahalı növünə çevirmişdir. Benksinin yaradıcılığı cəmiyyətin, ictimai-siyasi quruluşunu tənqidi, üslubu ilə seçilir. O, dörd kitabın müəllifi, iki kitabın isə qəhrəmanıdır. Həmçinin sənədli komediya filmləri də çəkmişdir. Benksi çəkdiyi rəsmləri satmır, amma onun əsərlərini divarla birlikdə almaq istəyən istəyən insanlar olmuşdur. Əsərlərinin əsas qəhrəmanları heyvanlar, polislər, qocalar və uşaqlardır. 2009-cu ilin 13 iyununda Bristolda instalyasiya və rəsmlərdən ibarət yüzlərlə incəsənət nümunəsinin nümayiş olunduğu the Banksy UK Summer show sərgisi təşkil olunmuşdur.

Həyatı Qrafik dizayner Tristan Manconun Home Sweet Home adlı kitabına əsasən, Benksi 1974-cü ildə anadan olub, Bristolda böyüyüb. atası foto mexanik olub. Özü isə qəssablığı öyrənib, lakin qraffiti sənəti onu cəlb edib.

Yaradıcılıq fəaliyyəti 2015-ci ildə Benksi Qəzzədəki küçə sənəti nümunələrini və satirik mövzuda hazırlanmış filmi öz internet səhifəsində yerləşdirib.

Kitabları Banksy, Banging Your Head Against a Brick Wall (2001)Banksy, Existencilism (2002)Banksy, Cut It Out (2004)Banksy, Wall and Piece (2005)Banksy, Pictures of Walls (2005)

Həmçinin bax Boris Nemtsov Anna Politkovskaya Boris Berezovski

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Benksi Kateqoriya:Küçə mədəniyyəti Kateqoriya:Küçə sənəti Kateqoriya:Qraffiti Kateqoriya:Aktivistlər Kateqoriya:"Müstəqil ruh" mükafatı ilə təltif olunanlar Kateqoriya:Antiimperializm Kateqoriya:İngiltərə satirik şairləri Kateqoriya:Mədəniyyətin susdurulması