Şamilqala və ya sadəcə Qalaça — Qax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə inşa olunmuş qala.
Qala XIX əsrin 50-ci illərində dağlıların milli azadlıq hərəkatının rəhbəri Şeyx Şamilə qarşı aparılan hərbi əməliyyatlarda müşahidə təyinatlı istehkam kimi ruslar tərəfindən inşa etdirilmışdir. El arasında "gözətçi qala" kimində deyilirŞahmərdan Əhmədli. İlisu sultanlığının süqutu. Qax: 1994H. Əzimov, Ş. Əhmədov. Qax abidələri. Bakı: 1998
Dairəvi formada inşa olunan qalaçanın diametri 7,4 metrə yaxındır. Çay daşı və əhəng məhlulu ilə tikilmiş qalaçanın ətrafı boyunca atəş açmaq və müşahidə aparmaq üçün mazğallar vardır. Qalaçada İlisuya gələn bütün yolları müşahidə etmək, eləcə də nəzarətdə saxlamaq mümkündür. Kənddən qalaçaya araba yolu salınmışdır. Qalaça tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Şamil qalasının xarabalıqlarından Dağıstanla Azərbaycan arasında son yaşayış məntəqəsi olan Sarıbaş kəndi görünür.
Bu tip qalalar daha bir neçə yüksəklikdə inşa edilmişdir. Bir çoxları günümüzə qədər gəlib çıxa bilməmişdir.
İstinadlar
Həmçinin bax Qax abidələri (film, 2001)
Kateqoriya:Qax rayonunun qalaları Kateqoriya:İlisu Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:XIX əsrdə tamamlanmış tikililər Kateqoriya:İlisudakı binalar və tikililər