Molla Əhməd məscidi — XIV əsrdə tikilmiş və İçərişəhərdə yerləşən tarix-memarlıq abidəsi.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Tarixi XIV əsrin əvvəllərində Nəsrəddin Quştası ibn Həsən Hacıbabanın sifarişi ilə ustad-memar Mahmud ibn Səd tərəfindən tikilib.

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

2025-ci ilin oktyabrında məsciddə Azərbaycan Miniatür Sənət Muzeyinin açılışı baş tutmuşdur.

Memarlığı Molla Əhməd məscidi İçəri Şəhərin məhəllə məscidləri tipinə aiddir. 200px|left Məscid planda dördbucaq şəklində olub həcmcə kiçik bir zaldan ibarətdir. Bir mərtəbəlidir və minarəsi yoxdur. Cənub divarında sadə mehrab, yanlardan taclı, alçaq formalı daş qübbə işlənib. Məscidin binası gözə çarpmayan assimetrik fasad, dəqiq profillənmiş giriş və sonradan əlavə olunmuş iki kiçik pəncərə ilə tamamlanır. Fasadın yuxarı hissəsində uzun zolaq şəklində yerləşdirilmiş iki sətirlik ərəb dilində yazılmış kitabədə həm sifarişçi, həm də memar haqqında məlumat verilir. Məscidə Əhməd adlı şəxs axundluq etdiyi üçün xalq arasında Molla Əhməd məscidi adlandırılıb.

Həmçinin bax Hacı Bani məscidi Mirzə Əhməd məscidi Şeyx İbrahim məscidi

İstinadlar

Kateqoriya:İçərişəhər Kateqoriya:Bakı məscidləri Kateqoriya:Azərbaycandakı sünni məscidləri Kateqoriya:İslam Kateqoriya:Şiə məscidləri Kateqoriya:XIV əsrdə Azərbaycanda yarananlar