Çin məscidi və ya Qazi Fəzlullah bin Osman məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid.

Məscid qala divarlarının İçərişəhər metrostansiyası tərəfdəki girişindən təxminən 50 metr məsafədə yerləşir. Arxa hissəsi Vahid bağına tərəf baxır.

Tarixi Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığında yerləşən məscidin giriş qapısının üstündəki epiqrafik kitabə onun Hicri-qəməri təqvimlə 777-ci ildəH. Q. 777 = M. 2 iyun 1375 – 20 may 1376 Fəzlullah İmam ibn Osman Şirvaninin vəsiyyəti ilə inşa olunmasından bəhs edir. Məhz buna görə məscid onun adı ilə adlandırılır. Fasad üzərindəki digər epiqrafik yazıdan isə belə məlum olur ki, abidə Hicri-qəməri təqvimlə 1186-cı ildəH. Q. 1186 = M. 4 aprel 1772 – 23 fevral 1773 Məsud Əli tərəfindən bərpa olunmuşdur.

Məscid digər adı "Çin məscidi"dir. Xalq etimalogiyasına görə məscidin "Çin" adını alması bu məscidə gələn insanların arzu və diləklərinin çin olması faktı ilə əlaqədardır.

Memarlıq xüsusiyyətləri Ox üzrə interyerin cənub divarında dördbucaq çərçivəyə alınmış beşyaruslu stalaktik mehrab Şirvan-Abşeron memarlıq məktəbinin müəyyən kompozisiya motivini bütövlüklə təşkil edir. Cinahlarda kiçik taxçalar yerləşdirilmişdir.

Əsas fasadı assimetrik olan məscidin sərt, irihəcmli kompozisiyası, klassik tipli portal-girişlə vurğulanır. Portalın dəqiq profillənmiş dördbucaq çərçivəsi, çatma oyuq və ərəb yazısının epiqrafik başlığı, fasadın bütöv daş divarının fonunda klassik formada təsvir edilmişdir. Şəhərin şərq üslublu orta əsr portalları arasında, məscidin portalı ən klassik olanıdır.

Hazırda Məsciddə 2012-ci ildə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən əsaslı şəkildə təmir-bərpa işləri aparılmışdır. Təmirdən sonra abidə İçərişəhər DTMQİ-nin nəzdində numizmatika muzeyi kimi fəaliyyət göstərir. Məsciddə ərazidə tapılmış qədim pullar və sikkələr nümayiş etdirilir və qorunub saxlanılır.

Həmçinin bax Cin məscidi Bəylər məscidi Azərbaycanda mövcud olmuş məscidlərin siyahısı

Qeydlər 200px|thumb|right|Çin məscidinin arxa tərəfinin cənub-qərbdən (Vahid bağından) görünüşü

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İçərişəhər Kateqoriya:Bakı məscidləri Kateqoriya:Azərbaycandakı sünni məscidləri Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:İslam