Abdulla xan Mustafaqulu xan oğlu Qaragözlü () — Şamlı elinin Qaragözlü oymağından olan İran ordusunun generalı.
Həyatı Abdulla xan Mustafaqulu xan oğlu Həmədan şəhərində anadan olmuşdu. Hərbi məktəbdə oxumuşdu. Məktəbi bitirəndən sonra ordu sıralarına qatılmışdı.
Yüksək rütbəli zabit kimi Fars, Xorasan əyalətlərində xidmət etmişdi. 1897-ci ildə Xuzistan əyalətinə dəyişilmişdi.
1909-cu ildə İran ordusunun silah-sursat üzrə rəisi idi.
Ailəsi Oğlanları: Hüseynqulu xan İclaüddövlə, Möhtacəli xan İclaülməməlik
Mənbə Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
İstinadlar
Həmçinin bax Şamlı eli Qaragözlü oymağı Mustafaqulu xan Qaragözlü
Xarici keçidlər Abdulla xan Qaragözlü Sərdar Əkrəm
Kateqoriya:Şamlılar Kateqoriya:Həmədanda doğulanlar Kateqoriya:İran generalları Kateqoriya:Azərbaycanlı generallar