Minsk metropoliteni — Belarusda metropoliten

1984-cü ildə açılan Minsk metropoliteni ümumi uzunluğu 39 km olan 3 xətdən və 33 stansiyadan ibarətdir. Sərnişin sıxlığına görə Minsk metrosu MDB-də ikincidir.

Hadisələr

Qəza Metroda ilk böyük qəza 2009-cu ilin yayında baş verib. Leysan yağışlar zamanı metro stansiyalarına su dolması nəticəsində texniki problemlər yaranıb. Sərnişinlər təxliyə olunub və metro fəaliyyətini bir-neçə saat sonra bərpa edib. Xəsarət alan olmayıb.

Terror

Metroda terror aktı 11 aprel 2011-ci ildə, axşam saatlarında metronun "Oktyabrskaya" stansiyasında baş verib. Bu terror aktı 12 nəfərin həyatına son qoyub, 160 insan xəsarət alıb. Bu həm də Minsk metropolitenində ilk böyük faciədir.

Moskvoskaya xətti

Avtozavodskaya xətti

Mənbə Belarus: Müstəqillik dövrünün terror aktları. lent.az 12.04.11.

Həmçinin bax Malinovka metrostansiyası

Kateqoriya:1984-cü ildə yarananlar