Assimilyasiya () — bütün canlılara xas olan proses, maddələr mübadiləsində tərəflərdən biri. Assimilyasiya daha bəsit maddələrdən orqanizmi təşkil edən mürəkkəb maddələrin əmələ gəlməsidir.

Ümumi məlumat Assimilyasiya prosesi enerji mənbəyi olan ehtiyatların toplanmasını, böyüməsini, inkişafını və orqanizmin təzələnməsini təmin edir. Bütün canlı təbiət üçün enerji mənbəyi günəş şüalarıdır. Yalnız avtotrof orqanizmlərdən olan yaşıl bitkilər fotosintez prosesində Günəş enerjisindən bilavasitə istifadə edir və qeyri üzvi birləşmələrdən üzvi birləşmələr (karbohidratlar, amin turşuları, zülallar və s.) yaradır.Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.

Həmçinin bax Assimilyasiya (sosiologiya) Maddələr mübadiləsi

İstinadlar

Xarici keçid Qida rasionlarının enerji dəyərinin normallaşdırılmasının elmi əsasları

Kateqoriya:Metabolizm Kateqoriya:Bioloji proseslər Kateqoriya:Anabolizm