Atatürk Beynəlxalq Sülh Mükafatı () — 1986–2002-ci illərdə Türkiyədə verilən və Mustafa Kamal Atatürkün şərəfinə adlandırılan yüksək dövlət mükafatı. Mükafat dünyada sülhə töhfə vermiş insanlara verilirdi.

Tarixi Atatürk Beynəlxalq Sülh Mükafatı 1986–2002-ci illərdə Türkiyədə təqdim edilən yüksək dövlət mükafatı olub. Mükafat Mustafa Kamal Atatürkün "Yurdda sülh, cahanda sülh" sözlərinə əsaslanaraq təsis edilmiş və dünyada sülhə töhfə vermiş insanlara verilirdi. Bu səbəbdən mükafata Atatürkün adı verilmişdi. Mükafat prezident Kənan Evrenin prezidentliyi dövründə, Atatürk Mədəniyyət Dil və Tarix Dərnəyi tərəfindən təsis edilib.

Mükafat qeyri-hökumət təşkilatlarının üzvləri, Türkiyə universitetləri Senatı, həmçinin Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının baş katibləri tərəfindən irəli sürülmüş namizədlərə təqdim edilirdi. Namizədləri Türkiyə Prezidenti, Türkiyə Böyük Millət Məclisinin sədri də təqdim edə bilərdi. Mükafat 2000-ci ildən sonra 13 il ərzində verilməməsi səbəbindən, 2013-cü ildə onun yalnız beş ildən bir verilməsi qərara alındı. Lakin 17.08.2013-cü il tarixli Rəsmi Qəzetdə dərc edilən "Atatürk Beynəlxalq Sülh Mükafatı Əsasnaməsinin Ləğv Edilməsi" ilə mükafat ləğv edildi.

Mükafat sahibləri +laureates of the atatürk ınternational peace prizeyearlaureatecomments1986Yozef Luns, NATO baş katibi1987Riçard von Vayzeker, Almaniya prezidenti1989Takaito Mikasa, Yaponiya şahzadəsi və alimiMükafatlandırma mərasimində bildirmişdir ki, dünya sülhü yalnız yoxsulluğun aradan qaldırılmasından sonra əldə edilə bilər.1990Kənan Evrən, Türkiyə prezidentiNelson Mandelanın mükafatı qəbul etməməsinin səbəbi kimi bəziləri tərəfindən Kenan Evrenin mükafata layiq görülməsi göstərilir.1992Nelson Mandela, CAR prezidentiNelson Mandela mükafatı qəbul etmədiyi üçün Türkiyə cəmiyyətində səs-küyə səbəb oldu. Mükafatı qəbul etməkdən imtina etdikdən sonra "Hürriyet" qəzeti "çirkin afrikalı" () başlığı ilə bir nömrə dərc etdi. Mandela fikrini dəyişdi və 1999-cu ildə mükafatı qəbul etdi.turkish newspapers criticise of anc leader nelson mandela for refusing to accept turkey's peace award1995Türkiyə Qırmızı Aypara Cəmiyyəti1996UNICEF1997Bosniya və Herseqovinada NATO-nun sülhməramlı qoşununun tərkibində xidmət edən Türkiyə sülhməramlı qüvvələri1999Heydər Əliyev, Azərbaycan prezidentiAtatürkün siyasi kursunu dəstəklədiyi üçün.2000Rauf Denktaş, Şimali Kipr Türk Respublikası Prezidenti2002Bernard Luis, Prinston Universiteti alimiTürkiyənin və xüsusən də atatürkün Yaxın Şərq tarixinə müsbət təsirinin dəqiq təhlili ilə tarix elminə böyük töhfə verdiyinə görə mükafatlandırılıb.

İstinadlar

Xarici keçidlər

Mustafa Kamal Atatürkün həyatı Atatürk Araşdırma Mərkəzi Mustafa Kamal Atatürk

Kateqoriya:Atatürk irsi Kateqoriya:Atatürkçülük Kateqoriya:Türkiyə mükafatları Kateqoriya:1986-cı ildə yarananlar Kateqoriya:Sülh mükafatları Kateqoriya:Mustafa Kamal Atatürk