Fenol (Karbalol turşusu) — çox sadə aromatik (ətirli) birləşmədir (C6H5OH), bərk maddədir, rəngsiz olub havada çəhrayı rəng olan kristaldır. Tibbdə az miqdarda dezinfeksiya məqsədilə işlədilir. Fenolun buxarı ilə nəfəs aldıqda selikli qişanı zədələyir, dəriyə dəydikdə yanıq əmələ gətirir, qida yoluna düşdükdə qaraciyər və böyrəkləri zədələyir. Hətta kiçik dozalarda bir çox su orqanizmləri üçün məhvedici təsir göstərir. İnsan üçün birdəfəlik ölüm dozası 154 q.-dırMəmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s..
Nomenklaturası, fiziki xassələrinin xüsusiyyətləri Fenollar- aromatik hidroksilli birləşmələr olub, hidroksil qrupu birbaşa aromatik nüvə ilə birləşmişdir. Runqe fenolu daş kömür qətranında tapıb, Loran onun quruluşunu müəyyənləşdirib və Jerar onu fenol adlandırmışdı.
Bir çox fenolların (həmçinin onların törəmələri) İUPAC-a uyğun ənənəvi adları vardır.
C6H5OH - fenol o-CH3C6H4OH - o-Krezol m-CH3C6H4OH - m-Krezol COOH C6H4OH - salisil turşusu və s.
Fenolların alfatik spirtlərdən və aromatik karbohidrogenlərdən fərqi ondadır ki, onlar kristallik maddələr olub, sudan ağırdır və yüksək qaynama temperaturuna malikdirlər. Fenolların alınma üsulları Fenol iri tonnajlı sənaye məhsulu olduğuna görə əsasən fenol-formaldehid qətranının istehsalında istifadə olunduğundan, onun alınmasının sənaye metodu üzərində dayanaq.
Kömürün kokslaşması - Fenolu sənayedə əsasən kömürdən alırlar. Kokslaşma nəticəsində onun 1 tonundan 200 qram fenol alınır. Fenol əsasən sintetik neft-kimya üsulu ilə alınır.
Sulfonatların qələvi ilə əridilməsi (qılıvi ərintisi reaksiyası) - Natrium benzolsulfonat 350oC-də quru qələvi ilə əridilir. Sulfat turşusunun təsiri əmələ gəlmiş natrium fenolyat fenola çevrilir. Bu ən qədimi üsuldur. İlk dəfə bu yolla fenol 1890-cı ildə Almaniyada istehsal edilmişdir. Bu, həmçinin naftalin sırası sadə fenolların alınması üçün ən əsas metodlardan biri hesab olunur.
Arilhalogenidlərin hidrolizi - Bu texnoloji proses Dau tərəfindən işlənib hazırlanmış və indiyə qədər "Dow Chem.Co" firması fenolu bu üsulla istehsal edilir.
Kumolun hidroperoksidindən fenolun alınması - Propilenin benzolla alkilləşməsindən alınan izopropil benzol-kumol oksidləşdirilərək kumolhidroperoksidə və turşunun sulu məhlulu ilə parçalanmaqla fenola və asetona (həmçinin mox faydalı məhsuldur) çevrilir. Bu prosesin ən maraqlı cəhəti kumolhidroperoksidin parçalanması mərhələsidir. dünyada fenolun illik istehsalı 3 mln. tondur. Fenolun laboratoriya metodu ilə alınmasına diazonium duzlarının hidrolizini göstərmək olar.
Fenolların turşu xassəsi Fenollar spirtlərə və suya nisbətən güclü turşulardır. Bu onunla əlaqədardır ki, alkil qrupundan fərqli olaraq, fenil qrupu mənfi induktiv effektə malikdir. Bunun nəticəsində fenol molekulundakı hidroksil qrupunun hidrogeni daha müsbət yüklənir. Bundan başqa hidroksil qrupunun hidrogeni qopardıqdan sonra alınan aromatik həlqə fenolyat anionunu effektiv delokalizasiya edir. Bunu fenolun və tsikloheksanolun turşuluq sabitlərini (Ka) müqayisə etdikdədə asanlıqla görmək mümükündür.
Fenol, turşular kimi asanlıqla qələvilərlə reaksiyaya girərək duzlar - fenolyatlar əmələ gətirir. Fenolların turşuluq qabiliyyəti ondan antiseptik kimi istifadə etməyə imkan verir.
Fenolların oksidləşmə polikondensləşmə reaksiyaları Yüksək istismar göstəricilərinə və məxsusi xassələr kompleksinə malik xüsusi təyinatlı polimer materialların yaradılması üçün yeni effektiv əlaqələndiricilərin, lakların, örtüklərin, çoxsaylı plastiklərin və konstruksiya materiallarının yaradılması tələb olunur. Belə problemlərin həll edilməsində reaksiyayaqabil polifunksional oliqomerlər daha geniş istifadə edilir. Bu tip maddələrə tərkibində müxtəlif funksional qruplar saxlayan polikonyuqə edilmiş əlaqələr sistemli oliqomerlər də aiddir ki, onlar ion və elektrondəyişmə, paramaqnit, yarımkeçirici, bioloji və katalitik aktivlik xassələri ilə yanaşı ərimə və həllolma qabiliyyətinə malik olub, müvafiq funksional qruplara xas olan kimyəvi çevrilmələrdə yüksək fəallıq göstərirlər.Берлин А.А., Гейдерих М.А., Давыдов Б.Э. и др. Химия полисопряженных систем. – М.: Химия, 1972, 271 с. H.Şirakova, A.J.Herger və A.G.Mc.-Diamidin məlum işlərindən sonra aromatik aminlərin Berlin A.A, Korşak V.V, Pauşkin Y.M. və əməkdaşlarının tədqiqatlarından sonra isə hidroksiarilenlərin oliqomerlərinin sintezi və xassələrinin öyrənilməsi çoxsaylı tədqiqatların mövzusu oldu. Son zamanlar termoplastların, elastomer və liflərin elektrik keçirici əlavələr, o cümlədən, oliqomer və polimerlərin qarışıqlarının alınması və xassələrinin öyrənilməsi istiqamətində intensiv tədqiqatlar aparılır. Belə materialların elektrik keçiriciliyini geniş intervalda dəyişmək və tənzim etmək mümkündür.
Yaxın bir neçə ildə fenollar, anilinlər, piridinlər, naftollar, Şiff əsasları və azofenollar kimi bir sıra birləşmələrin NaOCl, H2O2 və molekulyar oksigendən istifadə etməklə oksidləşmə-polikondensləşmə (OP) reaksiyaları aparılmışdır. Müxtəlif fenollar üçün yerinə yetirilən OP reaksiyaları böyük maraq doğurur. Mono- və difenolların OP reaksiyalarının üstün cəhətləri ondan ibarətdir ki, asan əldə olunan monomer və oksidləşdiricilərdən istifadə olunur, katalitik sistemlərin diapazonu genişdir və məqsədli məhsulların çıxımı kifayət qədər yüksəkdir, çox zaman zəhərli olmayan ilkin maddələrdən istifadə edilir və alınan oliqo- və polimerlər üzvi həlledicilərdə həll olur ki, bu xassə onların emal texnologiyası üçün çox vacibdir.
Fenolların quruluşundan asılı olaraq onların oksidləşmə məhsulları müxtəlif olur. Ilk dəfə Hey tərəfindən 2,6-əvəzli fenolların oksidləşməsi yolu ilə (oksidləşdirici – O2, katalizator – mis-amin kompleksləri və ya K3[Fe(CN)6]) yüksəkmolekullu polifenilenoksidlər sintez edilmişdir. Bu sahədəki sonrakı tədqiqatlar oksidləşmə reaksiyalarının qanunauyğunluqlarına, onların fenolların tərkibindən və quruluşundan asılılıqlarına və alınan məhsulların tədqiqinə həsr olunmuşdur. Bu istiqamətdə indi də funksionallaşdırılmış polifenilenoksidlər alınması məqsədi ilə tədqiqatlar davam etdirilir.Копылов В.В. // Успехи химии, 1970, T. 39, N 3, c.471-503Yayakannan M., Smitha T.R. // Eur. Polym. J., 2004, V. 40, N 6, p.1169-1175.Pat. 6268463 (), 2001. Method for making carboxyfunctionalized polyphenylene ethers and blends containing them (General Electric Co., Jeager Gary William, Pan Yigun).Pat. 6417274 (), 2002. Process for the manufacture of functionalized polyphenylene ether resins. (General Electric Co., Braat Adrian us J.F.M., de Jough Rene, Liska Juraj).Pat. 6420464 (), 2002. Polyhydric phenol compounds, epoxy resins, epoxy resin compositions and cured product thereof. (Nippon Kayaku K.K., Kuboku Kenichi, Kajiwara Yoshitaka et all).Pat. 6521735 (), 2003. Production process of polyhenylene ether. (Asahi Kasei K.K., Mitsubishi Gas Chemical Co. Inc., Mitsui Akira, Takeda Juji).Pat. 6552133 (), 2003. Method for making carboxyfunctionalized polypenylene ethers and blends containing them. (General Electric Co., Jaeger Gary William, Pan Yigun)Saito Kei., Masuyama Toru, Nishide Hiroyuki. //Creen Chem., 2003, V. 5, N 5, p.535-538Saito Kei., Tago Takahiro, Masuyama Toru, Nishide Hiroyuki. //Angew. Chem., Int. Ed., 2004, V.43, N 6, p.730-733
2,4,6-əvəzli fəza çətinliyinə malik fenolların oksidləşmə reaksiyaları da az maraq doğurmur; belə ki, bu reaksiyalar nəticəsində stabil aroksil radikalları əmələ gəlir. Bu istiqamətdə aparılmış çoxsaylı tədqiqatların nəticələri fenol birləşmələrinin zəncirvari-radikal proseslərdə inhibitor kimi tətbiqinə geniş imkanlar açmışdır. Fenol-fenoksil radikallarının alınma metodları, elektron quruluşu və kimyəvi xassələri dəfələrlə ətraflı müzakirə edilmiş və ümumiləşdirilmlşdir.Пак В.Н., Косарицкая О.В., Алексеева Н.В. и др. // Ж. физ. Химии, 2004, T.78, № 11, с.1967-1971Huang Hua, Sommerfeld David, Dunn Brian C. et. all. // J. Phys, Chem., 2001, V.105, N 14, p.3536-3541Maurya M.R., Titunchi S.J.J., Chand S. //J. Mol. Catal., A, 2003, V.193, N 1-2, p.165-176.Trukhan N.N., Romannikov V.N., Paukshtis E.A. et. all. // J. Catal., 2001, V.202, N 1, p.110-117Xiao Feng-Shou, Sun Jianmin Ju Ranbo, Meng Xiangju et. all. // Proceedings of 12th International Congress on Catalysis, Cranada, 2000. Amsterdam etc: Elsevier, 2000, p.791-796
Fenolların və aromatik aminlərin polimerlərinin alınması üçün digər bir metod isə fermentlərin iştirakı ilə kataliz edilən oksidləşmə polikondensləmə (FOP) metodudur. Bu metodda Horseradish peroksid ﴾HRP﴿ və hidrogen peroksid neytral və ya bir az turş mühütdə ferment və ya oksidləşdirici kimi istifadə olunur.Ikeda R., Sugihara J., Uyama H. Enzymatic Oxidative Polymerization of 2,6-Dimethylphenol //Macromolecules 1996 , 29 (27), p. 8702–8705Kurioka H., , Uyama H. and Kobayashi S. // Macromolecular Rapid Communications. June 1994. V. 15, N 6, p.507–510.Alva K. S., Marx K. A., Kumar J. and Tripathy S. K. // Macromolecular Rapid Communications. December 1996.V.17, N 12, p. 859–863. HRP təkzəncirli β-tip homoproteindir və o, H2O2-nin parçalanmasında katalizator rolunu yerinə yetirir.Kobayashi S., Uyama H. and Kimura S. // , 2001. V.10, N 12, p. 3793–3818. 1983-cü ildə KlibanovKlibanov A. M., Tu T. M. and Scott K. P. // Science 1983 Jul 15,V. 221(4607), p. 259-261. və başqaları HRP və H2O2-nin katalizatorluğu ilə çirkab sularında fenolun, Dordick və başqaları sulu üzvi həlledicilərdə müxtəlif fenolların fermentativ OP-si ilə polifenollar almışdır.Dordick J. S., Marletta M. A. and Klibanov A. M. "Polymerization of Phenols Catalyzed by Peroxidase in Non-Aqueous Media", // Biotechnol. Bioeng. 1987. V. 30, p.31-36.Oguchi T., Tawaki S., Uyama H. andKobayashi S., Soluble polyphenol //Macromol. Rapid. Commun. July 1999. V.20, N. 7, P 401-403.
Bu tədqiqatlardan sonra bir çox fenolların fermentativ OP-si həyata keçirildiH. Tonami, H. Uyama, S. Kobayashi and M. Kubota. // Macrom. Chem. Phys. October 1999. V. 200, N.10, p. 2365–2371.Uyama H., Kurioka H., , Sugihara J. and Kobayashi S. // 1995, V. 32, N. 5-6, p. 649-654.Uyama H., Kurioka H., Koneko I. and Kobayashi S., Macromol. Rep. 1994, A31, Suppl. 3, 4, p.421.H. Tonami, H. Uyama, S. Kobayashi, M. Reihmann and H. Ritter. // e-Polymers, 2002. v. 3, p.003T., Uyama H. and Kobayashi S. // Macromolecules July 14, 2004. V. 37, N. 16, p. 5911-5915.T., Uyama H. and Kobayashi S. //Macromolecules. October 16, 2003 V. 36, N. 22, p. 8213-8215., hətta fenol törəmələri ilə metakrilolun selektiv polimerləşməsinə nail olundu.Uyama H., Lohavisavapanich C., Ikeda R. and Kobayashi S. // Macromolecules. January 6, 1998 V. 31, N. 2, p. 554-556. Sintez olunmuş polimerlər 70:30% nisbətində müvafiq olaraq fenilen və oksifenilen manqalarından ibarət olub üzvi həlledicilərdə həll olma qabiliyyətinə malikdirlər.
Laccasa da müxtəlif fenolların oksidləşmə polikondensləşməsi üçün katalizator kimi istifadə edildiKobayashi S. and Higashimura H., Prog. Polym. Sci. 2003, v.28, p. 1015.Ikeda R., Sugihara J., Uyama H. and Kobayashi S., Macromolecules 1996, V. 29, p.8702., onun dioksigen ilə fenolların oksidləşmə polimerləşməsində fəallığı HRP-nin fəallığına oxşardır. Baxmayaraq ki, oksidoreductase fermentləri effektiv katalizatorlar kimi istifadə olunur, ancaq onlar mis/amin katalizatorlarından daha bahalıdır. Ona görə də onlardan oksidləşmə polikondensləşmədə katalizator kimi sənaye miqyasında istifadə etmək problemlidir.Ikeda R., Uyama H. and Kobayashi S. // Macromolecules. April 8, 1996 V. 29, N. 8, p. 3053-3054.Kobayashi S. // Journal of Polymer Science Part A: Polymer Chemistr. 15 August 1999.V. 37, N.16. p. 3041-3056.