right|thumb thumb|right|200px|Poçt markası (2011). Beynəlxalq Kosmik Stansiya (BKS) () — çoxməqsədli kosmik tədqiqatlar üçün istifadə edilən bir çox ölkə nümayəndələrinin iştirak etdiyipilotlu orbital stansiyadır. BKS 23 ölkənin iştirak etdiyi birgə beynəlxalq layihədir. Bunlar Avstriya, Belçika, Braziliya, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Norveç, Portuqaliya, Rusiya, ABŞ, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiyadır. Bu orbital stansiyanın dəyəri 150 milyard dollar olmaqla tarixdəki ən bahalı layihəsidir. Çəkisi 450 ton, uzunluğu 73 metr, eni 109 metr, hündürlüyü 20 metr, sürəti saniyədə 7.6 km olan bu nəhəng stansiya 1998-ci ildən fəaliyyət göstərir və Yerdən 370 km hündürlükdə orbitdə fəaliyyət göstərir. Yer orbitində 1 tam dövrünü 92 dəqiqəyə başa vurur. 1 gün ərzində Yer ətrafında 15 dəfə dövr edir. Stansiyanın hissələri bir-bir kosmosa göndərilərək kosmonavtlar tərəfindən orada yığılmışdır.
Mənbə Həvəskar teleskoplarda Beynəlxalq Kosmik Stansiya "Энергия" Ruysiya Kosmik Korporasiyası. Beynəlxalq Kosmik Stansiya Station Spacewalk Game
Kateqoriya:Beynəlxalq Kosmik Stansiya Kateqoriya:Kondominium (beynəlxalq hüquq) Kateqoriya:ABŞ–Yaponiya münasibətləri