Perikardit – ürəyin seroz qişasının ya ürək kisəsinin iltihabı. Müxtəlif xəstəliklər fonunda və müstəqil olaraq meydana çıxır. Etiologiyasına görə infeksion, autoimmun, travmatik və ideopatik perikarditlər ayird edilir.

Təsnifatı Etioloji təsnifat (E. E. Qoqin 1979) İnfeksion: Revmatik; Vərəmli; Bakterial: (qeyri spesifik – kokk mənşəyli, septiki spesifik qarın yatalağı, dizenteriya, qarayara, vəba, taun, tulyaremiya ilə əlaqəli) Göbələk; Viral; Rikketsioz Aseptik perikarditlər: Allergik; Qan xəstəlikləri və hemorragik diatezlərlə əlaqəli; Birləşdirici toxuma xəstəlikləri ilə əlaqəli; Travmatik; Şüa təsirindən; Post infarkt (Dressler sindromu) Maddələr mübadiləsi pozğunluğu ilə (uremiya, podaqra) əlaqəli; Qlükokortikosteroid müalicəsi ilə əlaqəli; C vitamini çatışmazlığı ilə əlaqəli; İdiopatik perikarditlər

Kliniki təsnifat kəskin perikardit: Quru (fibroz); Eksudativ: seroz-fibroz, hemmoragik, irinli; Ürək tamponadalı; Tamponadasız. Xroniki perikardit: Eksudativ; Adheziv; Simptomsuz Ürək funksiyası pozğunluqlu; Zirehli ürək Konstriktiv perikardit

E. S. Valiqura görə təsnifat Xroniki eksudativ perikardit Xroniki konstriktiv perikardit Zirehli ürək Həmçinin bax Ürək kisəsi

Kateqoriya:Kardiologiya Kateqoriya:Ürək-damar xəstəlikləri Kateqoriya:İltihablar