Castin Drü Biber (; ) — Kanada müğənnisi. Pop ikonası hesab olunur.

Həyatı

Şəxsi həyatı

Fəaliyyəti Karyerasının başlanğıcı thumb|upright|Castin Biber 2009-cu ildə avtoqraf zamanı 2007-ci ildə "So So Def Recordings" səsyazma şirkətinin əməkdaşı olan Skuter Braun YouTube-da dolaşarkən təsadüfən Castin Biberin Ne-Yo-nun "So Sick" mahnısına etdiyi kaver ifasına rast gəlib. O, Castinin səsinə məftun olmuş və uzun sürməmişdi ki, onun harada yaşadına dair məlumat əldə etmişdi. Castinin təkcə səsi deyil, üstəlik xarizması da var idi və bu Skuterin diqqətini çəkmişdi. Skuter üçün Castin qənimət kimi bir şey idi. O, vaxt itirmədən Kanadaya yola düşüb. Əvvəlcə anası Castini yəhudi olan Skuterin əlinə əmanət etmək istəməyib. Skuter Castinin anasını birtəhər razı sala bilib.

Nyu-York şəhərindən olan Skuter Braun o vaxtlar 26 yaşında idi. O, tələbəlik illərində partilərin təşkil ilə məşğul olmuşdur. Bu sayədə musiqi sənayesində iştirak edən bir çox şəxslərlə əlaqələr qurub. O, "So So Def Records"-un rəhbərliyindən iş təklif almış və fəaliyyətini orada davam etdirmişdir. Skuter Ludakris, Aşer, Eminem və Britni Spirs kimi ulduzlarla tanış olub.

Skuter Castinlə bərabər təyyarə ilə Kanadadan ABŞ-nin Atlanta şəhərinə uçub. Onu işçisi olduğu şirkətin ofisinə gətirib. Qabaqca Castinə peşəkarlar tərəfindən vokal üzrə dərslər verilib. Daha sonra isə Castin səsyazma studiyasına aparılıb. Orada ilk mahnı demolarını yazmağa başlayıb. Ardınca Skuter onu Aşer ilə tanış edib. Skuter Braun və Aşer 2008-ci ildə RBMG Records şirkətini təsis edirlər. Castinin ilk buraxılışlarını məhz bu şirkət həyata keçirib.

Diskoqrafiya

Studiya albomları My World 2.0 (2010) Under the Mistletoe (2011) Believe (2012) Purpose (2015) Changes (2020) Justice (2021)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Kanada müğənniləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Kanadada doğulanlar Kateqoriya:Brit mükafatı laureatları Kateqoriya:Musiqi Kateqoriya:Kanada aktyorları