Cavanşir — rejissor Elçin Hami Axundovun 2002-ci ildə çəkdiyi hərbi-vətənpərvərlik mövzusunda olan cizgi filmi.

Məzmun Hərbi-vətənpərvərlik mövzusunda olan bu kinolentdə yeniyetmə bir oğlanın Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışılır.

Film haqqında Cizgi filmi Azərbaycanda ilk dəfə olaraq kompüter vasitəsilə yaradılmışdır. Film Aylinə və onun həmyaşıdlarına həsr olunmuşdur. Film "Bəsmələ" ilə başlayır.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Elçin Hami Axundov (Elçin Axundov kimi) Quruluşçu rejissor: Elçin Hami Axundov (Elçin Axundov kimi) Quruluşçu rəssam: Gülşən Quliyeva, Elçin Axundov Multiplikasiya rəssamı: Firəngiz Quliyeva, Rauf Dadaşov, Gülşən Quliyeva, Arifə Hatəmi Multiplikator köməkçisi: Lalə Məmmədova, Samirə İsmayılova, Yuliya Maryaşkina, Aleksandra Şirinova Dekor rəssamı: Hüseyn Cavid İsmayılov Hərbi məsləhətçi: Mehdi Mehdiyev Musiqi tərtibatçısı: İsmayıl Dadaşov Qaralama montaj edən: Nisə Hacıyeva Səs operatoru: Teymur Abdullayev Kompüter yığımı və montajı: Konstantin Qavriş Kompüter qrafikası: Gülçin Özər İnzibatçı: İlqar Musayev, Nərminə Mehdiyeva Filmin direktoru: Heydər Dadaşov Musiqisindən istifadə edilən bəstəkar: Polad Bülbüloğlu

Filmi səsləndirənlər Almaz Mustafayeva-Cavanşir Kazım Abdullayev — Komandir;Erməni;Sərkərdələr Nicat Kazımov — Tarix müəllimi;Əlibala Şəfəq Əliyeva Əliqulu Səmədov — Doktor Nuriyyə Əhmədova Rəfael Qasımov Şahin Rəqibov

Tənqid

Azərbaycanlı kinoşünas Aygün Aslanlı bu filmi tənqid edib: “Cavanşir” cizgi filminə baxmaq mümkün deyil. Qəhrəmanın başı tərsinə dönür.. Ordan Babəkin başı çıxır, burdan Şah İsmayılın başı çıxır. Bu qorxu təlqin edə bilər, vətənpərvərlik yox.

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004, səh. 380.

Xarici keçidlər YouTubeda filmi izlə ; Cizgi filmləri aləminə səyahət

Kateqoriya:Azərbaycan cizgi filmləri Kateqoriya:2002-ci ilin cizgi filmləri Kateqoriya:Döyüş filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri Kateqoriya:Müharibə filmləri