Fəttah Səməd oğlu Heydərov () — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri.
Həyatı Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MSSR Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdur. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir.
Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlamışdır. 1958-ci ildən Çeşməbasar səkkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləmiş, 1970–1990-cı illərdə Naxçıvan şəhər və Ordubad Rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.
1976–1978-ci illərdə Naxçıvan MSSR əhaliyə məişət xidməti naziri işləmişdir. 1978-ci ildən Ordubad, 1980-ci ildən Culfa Rayon Partiya Komitəsinin birinci katibi, 1983–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri işləmişdir.
1990–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, Azərbaycan Respublikası Milli Məclisinin I (1995–2000), II (2000–2005), III (2005–2010), IV (2010–2015), V (2015–2020), VI (2020) çağırış deputatı olmuşdur. Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini olmuşdur. Azərbaycan Ağsaqqallar Şurasının sədri vəzifəsində işləmişdir.
4 avqust 2020-ci ildə vəfat etmiş, I Fəxri Xiyabanda dəfn olunmuşdur.
Mükafatları SSRİ-nin "Şərəf nişanı" ordeni (1975) və medallarla təltif edilmişdir. 20 fevral 2008-ci ildə Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə Fəttah Səməd oğlu Heydərov "Şöhrət" ordeni ilə təltif edilmişdir 22 fevral 2013-cü ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəttah Səməd oğlu Heydərov "Şərəf" ordeni ilə təltif edilmişdir. 22 fevral 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fəttah Səməd oğlu Heydərov "İstiqlal" ordeni ilə təltif edilmişdir.
Ailəsi 5 övladı olmuşdur. Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır. "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, "Qəbələ" Futbol Klubunun keçmiş prezidenti Tale Heydərovun babasıdır.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin Hesablayıcı Komissiyasının sədrləri Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Culfa Rayon Komitəsinin ikinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Culfa Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin II çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Ordubad Rayon Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Naxçıvan Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Naxçıvan MSSR mədəniyyət nazirləri Kateqoriya:Azərbaycan Ağsaqqallar Şurasının sədrləri Kateqoriya:Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası şəhər komitələrinin birinci katibləri