Məzmun Film-nağıl poetik formada insanın yerin altından, dənizin dibindən qara qızıl çıxarmasından söhbət açır. Bu rəsm filmində eyni zamanda öz zəkasının qüdrəti ilə insanın neftdən xalq təsərrüfatına lazım olan çoxlu müxtəlif məhsul və əşyalar alması haqqında danışılır.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi : Alla Axundova Rejissor : Nazim Məmmədov, Bəhmən Əliyev Quruluşçu rəssam : Nazim Məmmədov, Bəhmən Əliyev Operator : Aleksandr Milov Bəstəkar : Oqtay Rəcəbov Səs operatoru : Kamal Seyidov Multiplikasiya Rəssamı : Tamilla Əsgərova, F. Eldinov, Valentin Kuşneryov Rejissor assistenti : Hafiz Əkbərov Rəssam assistenti : Elçin Axundov Operator assistenti : Antonina Korotnitskaya Montaj edən : Esmira İsmayılova Redaktor : Ədhəm Qulubəyov Mahnı İfa edən : Flora Kərimova, C. Əliyev Filmin direktoru : A. Məhərrəmov
Filmi səsləndirənlər Amaliya Pənahova Kamil Qubuşov Almaz Əsgərova
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1974-cü ilin filmləri Kateqoriya:Azərbaycan cizgi filmləri