__NOTOC__ right|308x308px Azərbaycanın xalq yazıçısı — Azərbaycan ədəbiyyatında xidmətlərinə, xalqın rəğbətini qazanmış ideyalı və bədii cəhətdən dəyərli ədəbi əsərlər yaratmağa görə yazıçılara verilən fəxri addır.

1991-ci ildən 18 nəfərə "Xalq yazıçısı" fəxri adı verilib.

Təsnifləndirmə "Xalq yazıçısı" fəxri adı verilən 18 nəfərdən cəmi 3 nəfəri qadındır (Əzizə Cəfərzadə, Elmira Axundova və Afaq Məsud).

Azərbaycan Prezidenti Ayaz Mütəllibov tərəfindən 1 nəfərə, Əbülfəz Elçibəy tərəfindən 1 nəfərə, Heydər Əliyev tərəfindən 9 nəfərə, İlham Əliyev tərəfindən isə 7 nəfərə "Xalq yazıçısı" fəxri adı verilib.

Cəmi 1 nəfər — Əkrəm Nəcəf oğlu Naibov (Əkrəm Əylisli) bu addan məhrum edilib.

1990199119921993199419951996199719981999Cəmi—11000007092000200120022003200420052006200720082009Cəmi010102100052010201120122013201420152016201720182019Cəmi000000001342020202120222023202420252026202720282029Cəmi0000000

1991–1999 1991 Abbaszadə Hüseyn Abbas oğlu — 03.06.1991

1992 Əhmədov Sabir Məhəmməd oğlu — 10.09.1992

1998 Əfəndiyev Elçin İlyas oğlu — 23.05.1998 İbrahimbəyov Maqsud Məmmədibrahim oğlu — 23.05.1998 İbrahimbəyov Rüstəm Məmmədibrahim oğlu — 23.05.1998 İbrahimov Hüseyn Məmmədəli oğlu — 23.05.1998 Naibov Əkrəm Nəcəf oğlu — 23.05.1998 Rzayev Anar Rəsul oğlu — 23.05.1998 Vəkilov Yusif Səməd oğlu — 23.05.1998

2000–2009 2001 Cəfərzadə Əzizə Məmməd qızı — 28.12.2001

2003 Musayev Qılman İsabala oğlu (Qılman İlkin) — 27.01.2003

2005 Abdullayev Çingiz Akif oğlu — 12.07.2005 Abdullayev Gülhüseyn Hüseyn oğlu (Gülhüseyn Hüseynoğlu) — 12.07.2005

2006 Balakişiyev Mövlud Süleyman oğlu — 04.11.2006

2010–2019

2018 Axundova Elmira Hüseyn qızı — 25.05.2018

2019 Abdullayev Kamal Mehdi oğlu (Kamal Abdulla) — 25.05.2019 Rəsulzadə Natiq Rəsul oğlu — 25.05.2019 Vəliyeva Afaq Məsud qızı (Afaq Məsud) — 25.05.2019

Məhrum edilmiş şəxslər Azərbaycan Prezidenti İlham Əliyev 7 fevral 2013-cü il tarixli 2711 nömrəli Sərəncamına əsasən Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) Azərbaycanın "Xalq yazıçısı" fəxri adından məhrum edilmişdi. Sərəncama əsasən Azərbaycanın müstəqilliyi illərində dövlət təltiflərinə layiq görülmüş Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) xalqın ona göstərdiyi etimaddan sui-istifadə etmiş, son əsərində Azərbaycanın tarixi ilə bağlı reallıqları Azərbaycan yazıçısı adına yaraşmayan formada təhrif etmiş, Azərbaycan xalqının antihumanist obrazını formalaşdırmağa cəhd göstərən, onu ümumbəşəri dəyərlər sisteminə zidd əməllərdə əsassız günahlandıran müəllifin xalqımızın ruhuna yad tərzdə yazdığı bu əsərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti saxtalaşdırılaraq, uzaq və yaxın tarixə qara yaxılmış, münaqişə nəticəsində doğma yurdlarından didərgin düşən bir milyondan çox soydaşımızın mənliyi təhqir edilmişdir.

İstinadlar