Doğramac, həmçinin ovduq və ya bozdamaş — Azərbaycanın milli yeməyi. Tərkibində xırda doğranmış tərəvəz məshulları, ətirli göyərtilər, suda bişirilmiş qatı yumurta və ət olan soyuq şorbadır.
Bu, ikisini bir-birindən ayıran kiçik fərqlərə malik rus şorbası okroşkanın Azərbaycan versiyasıdır və Azərbaycana aid başqa bir isti şorba olan dovğaya bənzəyir.
Etimologiyası Klassik Azərbaycan versiyası "doğramac" sözü "doğramaq" sözündən yaranmışdır. "Ovduq" sözü tat dilində "su" və "ayran" kimi tərcümə olunur.
Tərkibi thumb|right|Doğramac.
Qatıq – 200q, Su – 100 q, Təzə xiyar – 100 q. Göy soğan – 40 q. Keşniş – 10 q. Şüyüd – 10 q. Reyhan – 5 q. Duz – zövqə görə. Sarımsaq– zövqə görə.
Hazırlanma qaydası Ovdux hazırlamaq üçün qaynadılıb soyudulmuş su qatıqla qarışdırılır. Qabığı soyulmuş xiyar və göyərti xırda doğranılır, durulaşdırılmış qatıqla qarışdırılır, duz və sarımsaq qatılıb soyuducuya qoyulur. Ovdux soyuq halda süfrəyə verilir. Ovdux, adətən, ətsiz hazırlanır. Müstəsna hallarda ovduxa bişirilib xırda doğranmış mal əti və bərk bişirilmiş yumurta qatılır.
İstinadlar
Kateqoriya:Azərbaycan mətbəxi Kateqoriya:Şorbalar Kateqoriya:Azərbaycan şorbaları