"Quşlar" () — rejissor Alfred Hiçkokun filmi.
Məzmun Hiçkokun bundan əvvəlki filmi "Psixo"da olduğu kimi burada da heç nə tamaşaçını izaholunmaz hadisələrə hazırlamır. Kinolentin əvvəlində gözəl və bir qədər də özündənrazı xanım Melani Denielsin gənc vəkil Mitç Brennerlə tanış olduğunu görürük. Bu görüş San-Fransiskoda bir zoomağazada baş tutur. Arada olan soyuqluq onu çəkindirmir. Melani Mitçin bacısı Ketiyə ayrılmazlar cinsindən olan quşları hədiyyə alır. Hədiyyəni vermək üçün Melani onlara – Bodeqa körfəzinə getməli olur.
Lazım olan yerə getməyə başlayan Melani birdən qağayının hücumuna məruz qalır. Qız alnından yaralanır. Melani gecəni yerli müəllimə Enni Heyvortun yanında qalmağa qərar verir. Elə o gecə Enni Melaniyə Mitçin anası xanım Brennerin oğluna münasibətdə çox qısqanc olduğunu deyir.
Növbəti gün Ketinin açıq hava altında keçən ad günü şənliyində qağayılar dəstə ilə uşaqlara hücum edirlər. Axşam isə yüzlərlə sərçə buxarı borusu vasitəsilə evə daxil olurlar. Səhər xanım Brenner fermer qonşusunu yoluxmağa gedir və onu ölmüş vəziyyətdə tapır. Gözləri dimdiklənmiş qonşunu görəndə xanım Brenner dəhşətə gəlir.
Səhər Melani məktəb həyətinə toplanmış quzğunları görür. O, Enni ilə uşaqları məktəbdən çıxarırlar. Ketini xilas edən Enni quşların hücumu nəticəsində həlak olur. Melani uşaqlarla birlikdə kiçik bir reestorana sığınır. Elə bu vaxt quşlar yanacaqdoldurma məntəqəsində yanğının baş verməsinə səbəb olurlar.
Axşam vaxtı Melani və Brennerlər evin pəncərəsində barrikada düzəldirlər. Onlar quşların uçuşundan müdafiə oluna bilirlər. Quşlar qapı və divarlara çırpılaraq içəri keçə bilmirlər.
Bir qədər sonra hər yerə sakitlik çökür. Melani çardaqda səs-küy eşidib nə olduğunu bilmək üçün ora qalxır. Ora isə başdan-ayağa quşlarla doludur. Quşlar Melaniyə hücum etməyə başlayırlar. Bu zaman Mitç köməyə gəlir. Yaranmış imkandan istifadə edən Mitç hamıya evi tərk etməyi təklif edir. Hamı evin artırmasına çıxır. Onlar evdən çıxan kimi göz görən hər yeri öz yerlərində oturmuş minlərlə quşla dolu görürlər. Melani və Brennerlər avtomobilə əyləşib oranı tərk edirlər.
Film haqqında
Film "Son" sözü ilə qurtarmır. Bunun səbəbi o idi ki, Hiçkok sonu olmayan dəhşəti göstərmək istəmişdi. Filmdə baş qəhrəman Melani Denielsin avtomobili Kabriolet Aston Martin DB2/4 olur.
Mükafatlar
1964-cü ilin "Qızıl qlobus" mükafatı:
Ən çox ümidlər verən aktrisa – Tippi Hedren
1964-cü ilin "Oskar" mükafatına namizəd:
Ən yaxşı effektlər və xüsusi vizual effektər – Ab Ayverks
1964-cü ilin "Edqar Allan Po" mükafatına namizəd:
Ən yaxşı bədii film – Evan Hanter
Filmin heyəti
Film üzərində işləyənlər
Əsərin müəllifi : Dafna dü Morye (novella) Ssenari müəllifi : Evan Hanter Rejissor : Alfred Hiçkok Operator : Robert Börks Bəstəkar : Bernard Herrmann Prodüser : Alfred Hiçkok
Rollarda
Tippi Hedren – Melani Deniels Rod Teylor – Mitç Brenner Cessika Tendi – Lidiya Brenner Süzann Pleşett – Enni Heyvort Veronika Kartrayt – Keti Brenner Etel Qriffis – ornitoloq xanım Bandi Rut MakDevitt – zoomağaza satıcısı xanım MakQruder Alfred Hiçkok – zoomağazadan iki itlə çıxan kişi
İstinadlar
Xarici keçidlər
Monograph on The Birds at Senses of Cinema Analytical summary by Tim Dirks at AMC Filmsite Complete script of the film
The Birds on Lux Radio Theater: July 20, 1953 The Birds on Escape: July 10, 1954 Monograph on The Birds at Senses of Cinema Analytical summary by Tim Dirks at AMC Filmsite Complete script of the film
Kateqoriya:ABŞ filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Alfred Hiçkokun filmləri Kateqoriya:1963-cü ilin filmləri Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:ABŞ-nin təbii qorxu filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Seriyalı qatil filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:1963-cü il haqqında filmlər Kateqoriya:San-Fransisko haqqında filmlər Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Dramlar Kateqoriya:Böyük Britaniya romanlarına əsaslanan filmlər Kateqoriya:Hekayə əsasında çəkilmiş filmlər