Ələsgər İsmayıl oğlu Əlizadə () — Azərbaycan sovet partiya və dövlət xadimi, Kirovabad (Gəncə) Şəhər Partiya Komitəsinin birinci katibi (1966–1970), Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatı.
Həyatı 1929-cu il noyabrın 29-da Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1948-ci ildə Gəncədə orta məktəbi bitirdikdən sonra Ələsgər Əlizadə Azərbaycan Dövlət Univcrsitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1952-ci ildə, hələ Universitetin 4-cü kursunda oxuyarkən, o, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Caparidze Rayon Komitəsinin 2-ci katibi, sonra isə 1-ci katibi seçilir. 1954-cü ildən komsomolun Bakı Komitəsinin katibi vəzifəsində çalışır, 1955-ci ildə Moskvaya Mərkəzi Komsomol məktəbinə oxumağa göndərilir, həmin ilin dekabrında isə Azorbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin katibi seçilir.
1957-ci ildə Ələsgər Əlizadə VII Ümumidünya Gənclər festivalında Azərbaycan nümayəndələrinin rəhbəri kimi iştirak etmişdir. 1960-cı ilin yanvarında Ələsgər Əlizadə Azərbaycan Kommunist Partiyasının Kirovabad (Gəncə) Şəhər Komitəsinin 2-ci katibi seçilir. 1962–1966-cı illərdə o Kirovabad Şəhər İcraiyyə Komitəsinin sədri, 1966–1970-ci illərdə isə şəhər Partiya Komitəsinin 1-ci katibi vəzifəsində çalışır.
1960–1970-ci illərdə Ələsgər Əlizadənin rəhbərliyi altında Gəncədə geniş quruculuq və abadlıq işləri aparıhr, yeni parklar, meydanlar və küçələr salınır, bir çox yaşayış və məişət binaları tikilir, şəhər partiya və icraiyyə komitəsinin binası, Gəncə mehmanxanası tikilib istifadəyə verilir.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycan SSR siyasətçiləri Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Gəncə Şəhər Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Gəncə Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Azərbaycan Dillər Universitetinin müəllimləri