Avroviziya Mahnı Müsabiqəsi (; ) — 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi. Avroviziya dünyanın ən uzun ömürlü musiqi hadisəsidir və buna görə də müsabiqənin adı 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Müsabiqə 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalının əsasında qurulub.
Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və şounun sonunda iştirak edən ölkələr arasında keçirilən səsvermədə ən çox səs toplayan mahnı müsabiqənin qalibi elan edilir. Müsabiqə 1956-cı ildən bəri hər il altmış altı dəfə keçirilib. Avroviziya eyni zamanda dünyanın ən çox baxılan qeyri-idman hadisələrindən biridir. Müsabiqənin izləyici kütləsi hər il 100 milyon və 600 milyon arasında dəyişir. Avroviziya həmçinin Avropadan kənarda yerləşən müəyyən ölkələrdə də yayımlanır; Amerika Birləşmiş Ştatları, Kanada, Yeni Zelandiya, Qazaxıstan və s. Avroviziya tarixində Avropadan kənar ölkələrdən ilk dəfə 2015-ci ildə Avroviziyanın 60 illiyi münasibətilə müsabiqəni uzun illər yayımlayan və böyük izləyici kütləsinə malik olan Avstraliyaya müsabiqədə qonaq olaraq iştirak etmək hüququ verilmişdir. Avstraliyanın Avroviziyada iştirakı sadəcə bir il nəzərdə tutulsa da, qazandığı uğurlu nəticələr səbəb göstərilərək növbəti ilərdə də müsabiqədə iştirakına AYİ tərəfindən icazə verilmişdir. Avroviziya 2000-ci ildən başlayaraq internetdə də yayımlanmağa başlamışdırWebcasting and the Eurovision Song Contest , AYİ, 21 avqust 2006.
Adətən Avroviziyada qalibiyyət qazanan müğənnilər sadəcə müsabiqə çərçivəsində şöhrət qazana bilir. İndiyədək müsabiqədə qələbə qazanan yalnız ABBA qrupu (İsveç 1974) və Selin Dion (İsveçrə 1988) müsabiqədən sonra öz musiqi karyeralarını dünya arenasına çıxara biliblər.
İrlandiya və İsveç müsabiqədə ən çox qalibiyyət əldə edən ölkədir. Belə ki, İrlandiya müsabiqədə beş ildə dörd dəfə (1992, 1993, 1994 və 1996), ümumilikdə isə yeddi dəfə qələbə qazanıb. Müsabiqənin müasir səsvermə metodu ilə 2017-ci ildə Portuqaliya təmsilçisi və eyni zamanda müsabiqənin qalibi Salvador Sobral ən çox səs (758 xal) toplamışdır. 2016-cı ildən öncəki səsvermə metodu ilə isə 2009-cu ildə Norveçi təmsil edən Aleksandr Rıbak ən çox səs (387 xal) toplayaraq müsabiqənin qalibi olmuşdur.
Tarix
XX əsrin 50-ci illərinin ortalarında Avropa Yayım İttifaqının (AYİ) üzvləri İkinci dünya müharibəsinin ardınca özünü toparlamağa çalışan Avropa ölkələrini yenidən bir araya gətirmək üçün baxımlı əyləncəli proqram yaratmaq fikrinə düşdülər. 1955-ci ilin yanvarında Monakoda keçirilən konfransda İsveçrə televiziyasının direktoru Marsel Bezanson Avropanın ən yaxşı mahnısını təyin edən beynəlxalq müsabiqənin keçirilməsini təklif etdi.Eurovision’s Golden Jubilee , AYİ, 1 dekabr 2004 Marsel ideyanın 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalından əsaslandığını bildirmişdir. Onun təklifi AYİ-nın 1955-ci il 19 oktyabr tarixində Romadakı Assambleyasında bəyənilmişdir. İlkin olaraq "Qran-pri Avroviziya" () adlanan müsabiqə, ilk dəfə 24 may 1956-cı ildə İsveçrənin Luqano şəhərində keçirilmişdir.
İlk müsabiqə 24 may 1956-cı ildə İsveçrənin Luqano şəhərində yeddi ölkənin iştirakı ilə keçirilmişdir. Müsabiqədə iştirak edən hər bir ölkə iki mahnı ilə çıxış etmişdir. Bu hər ölkənin birdən artıq mahnı ilə iştirak etdiyi ilk və son müsabiqə olmuşdur.Historical Milestones, eurovision.tv, 26 may 2006 Müsabiqədə ev sahibi ölkə İsveçrənin təmsilçisi Liz Assia ifa etdiyi "Refrain" mahnısı ilə qalib gəlmişdir.
Format Müsabiqənin qaydaları mövcud olduğu dövr ərzində bir neçə dəfə dəyişilmişdir. Lakin müəyyən qaydalar illər ərzində dəyişməz olaraq qalmışdır. Müsabiqədə ifa edilən mahnılar orijinal olmalı və təyin edilmiş zamandan öncə heç bir yerdə səslənilməməlidir. Ölkə tərəfindən təqdim edilən mahnı müsabiqədə canlı olaraq ifa edilməlidir. Müsabiqədə iştirak etmək üçün ölkənin dövlət kanallarından biri Avropa Yayım İttifaqına üzv olmalıdır. Müsabiqə iştirakçı ölkələrdən birində keçirilməlidir. Müsabiqə zamanı bütün mahnılar ifa edildikdən sonra ölkələr bəyənilən mahnılara öz səslərini təqdim etməlidir. Ölkələr öz təmsilçilərinə səs verə bilməzlər. Bütün səslər ölkə üzrə hesablanır (yəni İrlandiyada yığılan səslər ayrı, İsveçdə ayrı, Fransada ayrı hesablanır). Müsabiqənin sonunda ən çox səs qazanan ölkə, mahnı həmin müsabiqənin qalibi elan edilir. Qalib təmsilçi Avroviziya kubokunu əldə edir və qalib ölkə gələn müsabiqəyə ev sahibliyi etmək hüququ qazanır.
Avroviziya Mahnı Müsabiqəsinin yayımından əvvəl və sonra səsləndirilən musiqi parçası — Mark Antuan Şerpantyenin "Te Deum" (Səni, Tanrını mədh edirik) mahnısına müqəddimədir.
Müsabiqənin finalı Qərbi Avropa yay vaxtı ilə may ayında, saat 21:00-da keçirilir. Adətən ildə bir dəfə şənbə günündə keçirilən müsabiqədə 2004-cü ildən başlayaraq iştirakçı ölkələrin sayının artması səbəbi ilə cümə axşamı keçirilən yarımfinal mərhələsi tətbiq olundu. 2007-ci ilin 28 sentyabr tarixində qəbul edilən qərara əsasən 2008-ci ildən başlayaraq müsabiqədə iki yarımfinal olacağı və finala yalnız ev sahibi və Böyük Dördlüyə daxil olan ölkələr (Böyük Britaniya, Almaniya, Fransa, İspaniya) birbaşa keçəcəyi təsdiqini tapmışdır. Daha sonra İtaliyanın da müsabiqəyə qayıtması ilə "Böyük Dördlük" "Böyük Beşlik"lə əvəz olunmuşdur. Avroviziya adətən may ayında keçirilsə də, öncəki illərdə mart və aprel aylarında da müsabiqə keçirilirdi.
İştirak thumb|300px|right|1956-cı ildən bəri iştirakçılar:
Avropa Yayım İttifaqının fəal üzvü olan hər bir ölkə (hətta Avropadan kənar olsa da belə) müsabiqədə iştirak etmək hüququna malikdir. Bu ölkələr Avropa yayım ərazisinə daxil olan ölkələr və ya Avropa Şurasına üzv ölkələrdir. Müsabiqənin Avropadan kənar iştirakçılarına misal olaraq Qərbi Asiyada yerləşən, 1973-cü ildən bəri iştirak edən İsraili və 1981-ci ildən bəri iştirak edən Kipri, Şimali Afrikada yerləşən və yalnız bir dəfə 1980-ci ildə iştirak edən Mərakeşi və eyni zamanda 2015-ci ildən bəri müsabiqədə iştirak edən Avstraliyanı misal göstərmək olar.
Müsabiqədə iştirak etmək istəyən AYİ-nin fəal üzvləri müsabiqənin qaydaları ilə razılaşmalı və eyni zamanda Avropa Yayım İttifaqına müvafiq məbləğdə ödəniş etməlidir. İndiyədək müsabiqədə 52 ölkə iştirak etmişdir. Aşağıda göstərilən siyahıda ölkələr müsabiqədə ilk iştiraklarına görə sıralanmışdır. İl Debüt edən ölkələr 1956 , , , , , , 1957 , , 1958 1959 1960 1961 , , a 1964 1965 1971 1973 1974 1975 1980 1981 1986 1993 , , 1994 , , , , , , 1998 2000 2003 2004 , , , b 2005 , 2006 2007 , , , 2008 , 2015 c2027Kanada
a) Yuqoslaviya Sosialist Federativ Respublikası parçalanmazdan əvvəl 1961-ci ildən 1992-ci ilə kimi müsabiqədə iştirak etmişdir. Yuqoslaviyanın tərkibində olan Bosniya və Herseqovina, Sloveniya, Xorvatiya, Şimali Makedoniya və Serbiya və Monteneqronun müstəqillik əldə etməsindən sonra Yuqoslaviyanın iştirakı Avroviziyada sona çatmışdır. b) 1992-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının parçalanmasının ardınca müstəqillik qazanan Serbiya və Monteneqro 2004-cü ildə Avroviziyaya qoşulmuşdur. Lakin daha sonra Serbiya və Monteneqro iki müstəqil dövlətlərə ayrılmış və hər iki ölkə 2007-ci ildə müsabiqəyə qoşulmuşdur. c) 2015-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin 60 illiyi münasibətilə uzun illər boyunca müsabiqəni yayımlayan və böyük izləyici kütləsinə malik olan Avstraliyanın müsabiqədə iştirakına Avropa Yayım İttifaqı tərəfindən izin verilmişdir. Avstraliyanın müsabiqədə iştirakı bir illik nəzərdə tutulsa da, növbəti illərdə də qitə-ölkənin Avroviziyada iştirakı baş tutmuşdur.
Ev sahibliyi thumb|Düsseldorfda keçirilən Avroviziya 2011-in açılışı Avroviziyanın əsas maliyyə dəstəkçiləri müxtəlif reklam şirkətləri və müsabiqədə iştirak edən ölkələrdir. Müsabiqəyə ev sahibliyi etmək şansı ölkələrin müsbət cəhətdən Avropa və dünyaya tanıdılması, təbliğatı və eyni zamanda ölkələrə turistlərin cəlb edilməsi üçün böyük fürsət hesab edilir. İlk iki müsabiqəyə İsveçrə və Almaniya ev sahibliyi etdikdən sonra müsabiqəyə ev sahibliyi hüququnun ötən müsabiqədə qələbə qazanan ölkəyə həvalə edilməsi qərara alındı. Bu qərarın ardınca 1957 Avroviziya Mahnı Müsabiqəsində Niderland qalibiyyət əldə etdi və ölkə 1958-ci ildə müsabiqəyə ev sahibliyi etməyə razılıq verdi. Avroviziya tarixində hər il ötən müsabiqənin qalibi ev sahibliyi etsə də, yalnız beş dəfə bu fürsətdən imtina edilmişdir.
1960 — Niderland maliyyə səbəblərindən müsabiqəyə ev sahibliyi etməkdən imtina etmişdir və Böyük Britaniya ev sahibliyini öz üzərinə götürmüşdür. 1963 — Fransa maliyyə səbəblərindən müsabiqəyə ev sahibliyi etməkdən imtina etmişdir və yenidən Böyük Britaniya ev sahibliyini öz üzərinə götürmüşdür. 1972 — Monako maliyyə səbəblərindən müsabiqəyə ev sahibliyi etməkdən imtina etmişdir və yenidən Böyük Britaniya ev sahibliyini öz üzərinə götürmüşdür. 1974 — Lüksemburq maliyyə səbəblərindən müsabiqəyə ev sahibliyi etməkdən imtina etmişdir və növbəti dəfə Böyük Britaniya ev sahibliyini öz üzərinə götürmüşdür. 1980 — İsrail maliyyə səbəblərindən müsabiqəyə ev sahibliyi etməkdən imtina etmişdir və Niderland ev sahibliyini öz üzərinə götürmüşdür.
Avroviziyada iştirak edən ölkələrdən yalnız Avstraliyaya qalib gələcəyi halda belə müsabiqəyə ev sahibliyi etmək hüququ verilmir. Buna səbəb isə Avstraliyanın Avropadan uzaqda yerləşməsidir. Qitənin müsabiqəyə ev sahibliyi etməsi müsabiqənin xərclərinin artmasına səbəb ola biləcəyi və bir çox ölkələrin maliyyə çətinliklərindən dolayı iştirak edə bilməyəcəyi düşünülür. Buna görə də, Avstraliyanın Avroviziyada qalib gəldiyi halda Avstraliyaya gələn il müsabiqəyə hansı Avropa ölkəsinin ev sahibliyi edəcəyi seçimi həvalə edilir..
Avroviziya loqosu Ənənəvi Avroviziya loqosu 2004-cü ildə İstanbulda keçirilən müsabiqədə təqdim edilmişdir. Loqoda V hərfi ürək formasında dizayn edilərək, ev sahibi ölkənin bayrağı həmin ürəyin içində görünürdü. Ənənəvi loqo son dəfə 2014-cü ildə istifadə edilmiş və artıq 2015-ci ildə Vyanada keçirilən müsabiqədə Avroviziyanın 60 illiyi münasibətilə Kornelis Yakobs tərəfindən hazırlanan müasir loqo izləyicilərə təqdim edilmişdir.
Avroviziya şüarı Tallində keçirilən 2002 Avroviziya Mahnı Müsabiqəsindən bəri hər il müsabiqənin özünəməxsus şüarları olur. Yalnız 2009-cu ildə Moskvada keçirilən müsabiqədə heç bir şüar təqdim edilməmişdi. İl Ev sahibi ölkə Ev sahibi şəhər Şüar Tərcümə 2002 Tallin A Modern Fairytale Müasir pəri nağılı 2003 Riqa Magical Rendezvous Sehirli görüş 2004 İstanbul Under the Same Sky Eyni səma altında 2005 Kiyev Awakening Oyanış 2006 Afina Feel the Rhythm! Ritmi hiss et! 2007 Helsinki True Fantasy Əsl xəyal 2008 Belqrad Confluence of Sound Səslərin birləşməsi 2010 Oslo Share The Moment! Anı paylaş! 2011 Düsseldorf Feel Your Heart Beat! Qəlbinin döyüntüsünü hiss et! 2012 Bakı Light Your Fire! Öz məşəlini alovlandır! 2013 Malmö We Are One Biz birik 2014 Kopenhagen #JoinUs Bizə qoşul 2015 Vyana Building Bridges Körpülər salaraq 2016 Stokholm Come Together Bir araya gələk 2017 Kiyev Celebrate Diversity Fərqliliyi qeyd et 2018 Lissabon All Aboard! Hamı göyərtəyə! 2019 Təl-Əviv Dare to Dream Xəyal etməyə cəsarət et 2020 Rotterdam Open Up Açılış2021RotterdamOpen UpAçılış2022TurinThe Sound of BeautyGözəlliyin səsi2023 / LiverpulUnited By MusicMusiqi ilə birləşmiş2024MalmöUnited By MusicMusiqi ilə birləşmiş2025BazelUnited By Music/Welcome HomeMusiqi ilə birləşmiş/Evə xoş gəldin2026
Avroviziya həftəsi thumb|Avroviziya 2010-un qalibi Lena Oslo səhnəsində məşqlərdə