Məzmun Filmdə ermənilərin xalqımızın başına gətirdiyi faciə və müsibətlər arxiv materiallarına əsasən real süjetlər əsasında əks etdirilir. Bu haray Qarabağın harayıdır. Bu haray Şuşadan didərgin düşmüş qaçqınlarımızın, Natəvanın, Üzeyirin, Bülbülün güllələnmiş daş heykəllərinin harayıdır.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Aydın Dadaşov Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov Operator: Sərdar Vəliyev, Rəfael Salamzadə Səs operatoru: Əsəd Əsədov Musiqi tərtibatçısı: Rauf Əliyev Montaj edən: Samirə Seyidbəyli (Samirə Seyidbəyova kimi) Kompüter dizaynı: Rauf Umud İcraçı prodüser: Kamil Məmmədov Mətni oxuyan: Əliabbas Qədirov
Çəkilişə köməklik edən qurumlar Bülbülün Ev Muzeyi Üzeyir Hacıbəyovun Ev Muzeyi Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyi
Çəkilişə kömək edənlər Adilə Məmmədova Səadət Qarabağlı Altay Hacıyev (xalq rəssamı) Elton Avalov (sənətşünas-rəssam) Rəfael Gülməmmədov
Sponsor Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 380.
Xarici keçid Filmi izlə
Kateqoriya:2004-cü ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:Salnamə (film studiyası)