Edvard Riqan Mörfi (; ) – Amerikalı aktyor, prodüser, rejissor, ssenarist və müğənni. 2007-ci ildə "Qızıl Qlobus" mükafatına layiq görülmüşdür.
Həyatı Eddi Mörfi 1961-ci ildə Bruklinin Buşvik məhəlləsində anadan olmuşdur. Anası Lillian telefon operatoru, atası Çarlz Edvard isə nəqliyyatda polis məmuru, həvəskar aktyor və komik olub.Stated in interview on Inside the Actors StudioEddie Murphy Yahoo! Movies Atası 1969-cu ildə qətlə yetirilmişdi. Eddi və böyük qardaşı Çarli Ruzveltlə birlikdə Nyu-Yorkda yaşamışlar. Eddinin ögey atasıının adı Vernon Linçem olmuşdur. Ögey atası dondurma zavodunda usta vəzifəsində işləyirdi. Eddi Mörfi kino karyerasına 1975-ci ildə başlayıb. 1982-ci ildə çəkilən "48 Saat" filmi ona ilk uğurunu gətirir.
Şəxsi həyatı Arvadıının adı Nikol Mörfidir. Eddi Mörfidən 5 uşağı vardır. Onlar 2006-cı ildə boşanmışlar.
Filmoqrafiya 48 Hrs. (1982) Yerdəyişmə (1983) Beverly Hills Cop (1984) The Golden Child (1986) Beverly Hills Cop II (1987) Eddie Murphy: Raw (1987) Coming to America (1988) Harlem Nights (1989) Another 48 Hrs. (1990) Boomerang (1992) Beverly Hills Cop III (1994) Vampir Bruklində (1995) The Nutty Professor (1996) Mulan (1998) Dr. Dolittle (1998) Bowfinger (1999) Nutty Professor II: The Klumps (2000) Şrek (2001) Dr. Dolittle 2 (2001) The Adventures of Pluto Nash (2002) Daddy Day Care (2003) The Haunted Mansion (2003) Şrek 2 (2004) Dreamgirls (2006) Norbit (2007) Üçüncü Şrek (2007) Meet Dave (2008) Imagine That (2009) Əbədi Şrek (2010) Tower Heist (2011) A Thousand Words (2012) Mr. Church (2016) Dolemite Is My Name (2019) Coming 2 America (2021) You People (2023)
Diskoqrafiya İl Albom 1982 Eddie Murphy 1983 Comedian 1985 How Could It Be 1989 So Happy 1994 Love’s All right 1997 Greatest Comedy Hits 1998 All Fucking Now
Mükafatlar 1983: Onun yumorist komediya albomuna görə "Qremmi" mükafatı 1990: Ən pis ssenarisi yazılan "Qarlem gecələri" filminə görə ,, Qızıl moruq " mükafatı 1997: "Ağlı çaşmış professor" filminə görə ən yaxşı aktyor (beynəlxalq film cəmiyyəti tənqidçilərin mükafatı "Academy of Science Fiction", "Fantasy & Horror Films", USA), ilk dəfə "Oskar" mükafatına layiq görülmüşdür. 2007: "Arzuların qızı" filmində ikinci planda oynayan ən yaxşı aktyor (film aktyorları gildiyasının mükafatı "Broadcast Film Critics Association Award"), "Oskar" mükafatına layiq görülmüşdür. 2008: "Norbitanın biclikləri" filmində görə ikinci planda oynayan ən pis aktyor ("Qızıl moruq" mükafatı)
Maraqlı faktlar Eddi Mörfi ilk dəfə MTV video musiqi mükafatlarını təqdim etmişdir. "Dəlisov Professor" filmində 8 rol oynamışdır. Eddi Mörfi Maykl Ceksonun "Remember the Time" () klipində "firon" rolunu canlandırmışdır.
Xarici keçidlər
Eddi Mörfi Discogs saytında Maxim Rated Top SNL performer
Kateqoriya:ABŞ aktyorları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:ABŞ səs aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Afroamerikalılar Kateqoriya:ABŞ televiziya aktyorları