Canavar balası — 1997-ci il Azərbaycan istehsalı dram, triller, müharibə janrında film.

Məzmun Tanrı hər kəsə bir ömür verir. Elə bir ömür ki, həyatının kandarından tutmuş sonuna doğru uzanır. Filmin adı rəmzi xarakter daşıyır. Azərbaycanlı ailəsində böyüyüb boya-başa çatan erməni əsilli Nofəl (İftixar Piriyev) hərbi xidməti zamanı vətənə xəyanət edir, hərb planlarını pul xatirinə ermənilərə satır. Nofəlin erməni olduğunu onu övladlığa götürən ata-anası Nofəlin məhkəməsinə qədər gizli saxlayır. Məhkəmə prosesi zamanı Nofəlin dövlətə, vətənə xəyənət etməsi ortaya çıxanda Nofəlin atalığı Yusif kişi (Həsən Məmmədov) onun erməni olduğunu və uşaq ikən onu meşədən tapıb böyütdüyünü açıqlayır...

"Doğru deyiblər ayını, pələngi, meymunu əhilləşdirib tərbiyə etmək olur, ancaq canavarı yox." Bunları Yusif kişi məhkəmədəki son nitqində deyir.

Film haqqında Filmin çəkilişlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin rəhbərliyi hüquq məsləhətində köməklik göstərmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Ağarəhim Rəhimov Quruluşçu rejissor: Mərahim Fərzəlibəyov Quruluşçu operator: Rüstəm Zülalov, Elçin Quliyev Montaj edən: Zöhrab Aslanzadə Bəstəkar: Cavanşir Quliyev Quruluşçu rəssam: Ağarəhim Əliyev Rejissor assistenti: Svetlana Cəfərova, Əhməd Panayev Qrim edən: Telman Yunusov Pirotexnik : Əlibala Əmirov Səs rejissoru: Cahangir Əliyev Redaktor: Akif Abbasov İnzibatçı: Arif Məmmədov, Ədalət Yunusov Məsləhətçi: Ənvər Seyidov Prodüser: Kamil Nüsrətoğlu, Yusif Ağayev

Rollarda İftixar Piriyev — Nofəl Həsən Məmmədov — Yusif kişi Səmayə Sadıqova — Səriyyə arvad Bəsti Cəfərova — Rimma Kübra Əliyeva — mama Roza Rafiq Atakişiyev — ittihamçı Cəfər Namiq Kamal — məhkəmə hakimi Məcnun Hacıbəyov — poçtalyon Səməd Sabir Məmmədov — Ramiz Elxan Ağahüseynoğlu — erməni polkovnik Ələsgər Məmmədoğlu — Aşot Bürcəli Əsgərov — ata Xalidə Şərifova — qız Cavidan Rəhimov Nicat Mahmudov Rövşən Kərimduxt — Ənvər Kazım Həsənquliyev — Şahin Əjdər Həmidov — Vazgen Elçin Həmidov — Xoren Məzahir Cəlilov Arif Məmmədov Hüseyn Hüseynov Ömər Ağayev Mirkazım Mirişov Dərbənd İsmayılov Yadigar Şirinov Elçin Aşurov Sahib Aslanov Elçin Kazımov Qabil Qəhrəmanov İlham Mayılov Abbas Əliyev Azər Sərkərov Akif Abbasov Elman Yaqubov Əli Babayev Ənvər Abbasov Qasım Əbdürrəhimov İntiqam Cəbrayılov Nağı Mövsümov Nazim Abbasov Namiq Yusifzadə Nizami Məmmədov Rafiq Məmmədov Xudafir Quliyev Hikmət Əlizadə Humay Məmmədova Şəhla Hüseynova Cavanşir Təhməzov

Çəkilişə köməklik edən qurum Azərbaycan Respublikası Ali Məhkəməsi

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1997-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Triller filmləri Kateqoriya:Birinci Qarabağ müharibəsi haqqında filmlər