Gürdəh — Azərbaycan Respublikasının Quba rayonunun Rük kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Gürdəh oyk., mür. Dağətəyi düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrdə sahibkar Ağabəy Sadıqova məxsus qışlaq yerində əhalinin məskunlaşması nəticəsində yaranmışdır. Gürdəh Girdəxarı adının təhrif olunmuş formasıdır. Oykonim girdə (yumru, dairəvi) və tat dilindəki xari (yer, torpaq, sahə) sözlərindən düzəlib, "yumru yer" deməkdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 207 nəfər əhali yaşayır. Gürdəh kəndinin əhalisi tatlardan ibarətdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri