Yuxarı Tüləkəran — Azərbaycan Respublikasının Quba rayonunun Tüləkəran kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Tarixi XVIII əsrə təsadüf edir, əvvəllər həmin ərazinin cənub hissəsi mərkəz olmaqla 700 yaşayış məntəqəsi olan Suxtakələ kəndi mövcud olmuşdur, XX əsrin əvvəllərindən başlayaraq isə əhalinin çox hissəsi Xaçmaz ərazisinə köçərək orada məskunlaşmış və orada Suxtakələ kəndini yaratmışlar.

Toponimikası Yuxarı Tüləkəran oyk.t mür. Ağçayın sahilindədir. Keçmiş adı Tüləkəran olmuşdur. Keçmişdə ondan yaranmış məntəqə Aşağı Tüləkəran, bu kənd isə Yuxan Tüləkəran adlandırılmışdır. Tat dilində iki söz birləsindən əmələ gələn toponimdir. Tülə- Tat dilində «soyulmuş dəri», -Karan evlər, məskan deməkdir.

Mədəniyyəti Əhalisi əsasən əkinçiliklə, çox az hissəsi isə heyvandarlıqla məşğuldur.

Coğrafiyası və iqlimi Əsasən ilin əksər vaxtı yağmurlu keçir. Yayda orta aylıq temperatur 22 dərəcə selsi, Qışda isə –2 dərəcə selsi təşkil edir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 450 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Din Kənddə Yuxarı Tüləkəran kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2013-cü ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri