MiQ-23 (; NATO kod adı: Flogger) Mikoyan adına konstruktor bürosunda, Qureviç tərəfindən çıxarılan dəyişən qanad quruluşuna sahib Sovet döyüş təyyarəsi. İlk prototip uçuşu 1967-ci ildə olmuşdur. 1968-ci ildə Domodedovo Aviasiya Sərgisində Avropa ölkələrinin böyük marağına səbəb olmuşdur. Təyyarə MiQ-23S kimi 1968-ci ildə seriyalı istehsala başlamışdır. Qısa və qeyri-standart yollarda havaya qalxma xüsusiyyətinə malikdir. Ayrıca MiQ-23PD kodlu bir VTOL dikinə qalxıb-enə bilən bir modeli də mövcuddur. Rusiya Hərbi Hava Qüvvələrində 1998-ci ildən etibarən silahlanmadan çıxarılsa da, bir sıra ölkələrdə istifadə edilir. İyirmi bir ölkədə on beş ayrı modeli istifadə edilmişdir. Bir motorlu və bir yerli təyyarədir. Ayrıca, MİQ-23S və MİQ-23U modelləri iki yerlidir.

İstifadəçiləri thumb|300px|MiQ-23 istifadəçiləri (cari istifadəçilər mavi rənglə təsvir olunub).

right|thumb|246px|MiQ-23MF

right|thumb|246px|SSRİyə aid bir MiQ-23M uçarkən (1989)

Cari istifadəçiləri Anqola: 18 ədəd MiQ-23ML və 8 ədəd MiQ-23BN/UB : 24 ədəd fərqli variant olan MiQ-23 : 10 ədəd MiQ-23BN/UB : 2 ədəd MiQ-23UB : Bilinməyən sayda : 46 ədəd MiQ-23ML və 10 ədəd MiQ-23P : 3 ədəd MiQ-23MS/UB. Biri təlim zamanı qəzaya uğramışdır. : 39 ədəd MiQ-23MF/ML/UM və 41 ədəd MiQ-23BN/UB

Şri-Lanka

Taktiki-texniki xüsusiyyətləri (MiQ-23MLD) right|400px Ümumi göstəriciləri Ekipaj: 1 nəfər Uzunluğu: 15.65 m Hündürlüyü: 4.82 m Qanad sahəsi: 37.35 m² Boş çəki: 9,595 kq Yüklü çəki: 14,700 kq Maksimal qalxma çəkisi: 17,800 kq Güc təminatçısı: 1 × Khatchaturov R-35-300 reaktiv mühərrik Uçuş keyfiyyətləri Maksimum sürət: Mach 1.52 Uçuş məsafəsi: 1,150 km Döyüş radiusu: 600 km Uçuş tavanı: 18,500 m Yüksəkliyə qalxma sürəti: 240 m/s Qanad yüklənməsi: 476.6 kq/m² Çəkmə gücünün çəkiyə nisbəti: 0.88 Maksimum g-yüklənmə: 8.5 g

Silahlanması

Hava-hava tipli raketlər •R-60

•R-27

•R-77

•R-73

Hava-yer tipli raketlər •Kh-66 Qrom

center|thumb|Miq-23-ün istifadə etdiyi hava-hava tipli raket R-73

Həmçinin bax MiQ-25 MiQ-27 MiQ-29

İstinadlar

Xarici keçidlər

MiG-23 FLOGGER at Global Security.org MiG-23 Flogger at Global Aircraft МиГ-23 против F-15 и F-16 МиГ-23 на Ближнем Востоке

Kateqoriya:MiQ təyyarələri Kateqoriya:Hərbi texnika Kateqoriya:Hərbi təyyarələr Kateqoriya:SSRİ-nin reaktiv qırıcıları Kateqoriya:Birmühərrikli reaktiv təyyarələr