Xəzər xaqanlığı (; ; , Xäzärlär; , Kuzarim; , Xazar; , Chozáry; , Hazáry; , Xazar; ) — VII və XI əsrlərdə arasında Xəzər dənizinin ətrafında, Van gölündən Qara dənizə və Kiyevə, Aral gölündən Macarıstana qədər olan torpaqlarda hökm sürmüş,İbrahim Kafesoğlu, Türk Millî Kültürü, Ötüken Neşriyat, İstanbul, 1999. ISBN 9754372366 tarixi türk dövləti.Roux, Jean Paul (1984). Türklerin Tarihi (Historie des Turks). Ad. ISBN 975-506-018-9. Xəzər sözü, "kaz" kökündən yaranmışdır. "Ka-zar", yəni sərbəst olan, bir yerlə bağlı olmayan mənasına gəlir.Togan, s.398Rásonyi, s.114 Naməlum müəllif tərəfindən Qəznəvi hökmdarı sultan Məhəmmədə həsr olunan Hüdud əl-aləm əsərinə görə Xəzər hökmdarları "Ansa" sülaləsindəndirاز فرزندان انسا است az farzandān-i Ansā' ast (حدود العالم "Hudūd al-'Ālam") və bu sülalə öz növbəsində Mərkəzi Asiyadan gəlmədir.Kuzgun, s.43"Hazarlar". Temel Britannica Ansiklopedisi. 8. Cilt. İstanbul: Ana Yayıncılık. 1993. ss. sf. 110–111. Bəzi müəlliflər belə ehtimal edirlər ki, xəzərlər Böyük Hun imperiyasının qəbilələri arasında da olublar.Artamonov, eserinin 49–52 sayfalarında Hunların batıya doğru ilerlemelerini onaylayan arkeolojik buluntulara da yer vermiştir. Buna göre; Hunların Güney Ural sahasına gelişleri MS II. yüzyıla aittir. Ayrıca Bkz: A. N. Kurat. IV–XVIII. Yüzyıllarda Karadeniz kuzeyindeki Türk Kavimleri ve Devletleri, Murat Kitabevi, Ankara, 1992, s.30. ISBN 975-7734-00-4 586-cı ildən sonrakı Bizans mənbələrində xəzərlərə "türklər" deyə müraciət edilir.Kafesoğlu, s.168 Türklərin islamdan əvvəl tanrıçılıq dinində olmasına baxmayaraq, 740-cı illərdə xəzərlərin əksəriyyəti yəhudiliyi qəbul etmişdilər. Habelə, Xəzər xaqanlığında paqanizm də geniş şəkildə yayılmışdı.Golden, Peter B. (2007a). "Khazar Studies: Achievements and Perspectives". In Golden, Peter B.; Ben-Shammai,, Haggai; Róna-Tas, András. The World of the Khazars: New Perspectives. Handbook of Oriental Studies. 17. BRILL. pp. 7–57. ISBN 978-90-04-16042-2. Retrieved 13 February 2013. Əl-Bəlazuri qeyd edir ki, Böyük Boğa vaxtında Şamxor (Şəmkir) şəhəri yenidən quruldu və buraya xəzər əhalisi yerləşdirildi.

Xəzərlərin paytaxtı 723-cü ilə kimi Səməndər, sonra isə İdil şəhəri olmuşdu. Şəhər Volqa çayının keçmiş adı ilə adlandırılmışdır. X əsrdə oturaq əhali əkinçilik, maldarlıq, bağçılıq və bostançılıqla məşğul idi. Xəzərlərdə ovçuluq geniş yayılmışdı, onlar balıqçılıqla da məşğul olmuşdular. Şəhərlərdə sənətkarlıq da inkişaf etmişdi.

Xəzərlərin sərhədlərindəki xalqlar və dövlətlər ilə sıx əlaqələri olmuşdur. Xəzərlər Göytürk xaqanlığının tənəzzülü ilə əlaqədar tam müstəqillik əldə etdilər. Xəzərlər Bizans, Sasani, Ərəb imperiyaları ilə sıx əlaqələr qurmuşlar, slavyan qəbilələrini və İdil-bulqarlarını öz hakimiyyətləri altına almışlar.

628-ci ildə Bizans-Sasani müharibəsi zamanı Bizansla ittifaqa girən xəzərlər Bizansın üstün gəlməsində önəmli rol oynamışdılar. Sasani-Bizans mübarizəsində Bizansın yanında iştirak edən Xəzər xaqanlığı, Bizans mənbələrinə görə 629-cu ildə Tiflisi ələ keçirdi. Bu isə Sasanilərin Qafqazdakı hərbi nüfuzuna zərbə vurmuş oldu. Bizans imperatoru III Leon 733-cü ildə oğlu Konstantini Xəzər xaqanının qızıyla evləndirdi. Ondan əvvəl Bizans imperatoru Herakleios (VII əsr) xəzərlər ilə bir müttəfiqlik müqaviləsi imzalamışdı.

Xəzər-ərəb əlaqələri isə ən çox müharibə şəklində olmuşdur. İlk toqquşmalarda üstünlük xəzərlərin əlində olsa da, ərəb orduları VIII yüzillikdən sonra xəzərlər üzərində qələbələr əldə etməyə başlamışlar. Nəhayət, 737-ci ildə Xəzər xaqanı ərəblərdən sülh istəmiş və bundan sonra xəzərlər arasında islam dini yayılmağa başlamışdır.

Xəzərlərin yaşadıqları bölgə ticarət mərkəzi kimi də əhəmiyyətli yer sayılırdı. IX yüzilliyin ortalarında peçeneqlərin İdil-Xarəzm ticarət yolunu ələ keçirmələri ilə əlaqədar başlıca gəlir mənbələrini itirən Xəzər xaqanlığı zəiflədi. Bu vəziyyətdən faydalanan rus knyazları paytaxt İdilə və Qafqaza hücum etdilər. Ruslarla eyni zamanda Bizans imperiyasının qüvvələri də Xəzər xaqanlığının ərazisinə soxuldular.

Digər türk tayfaları, Bizans və Kiyev-rus knyazlığı ilə aparılan müharibələr, habelə daxili münaqişələr xaqanlığın süqutuna gətirib çıxardı. İqtisadi tənəzzülə uğrayan və bir neçə cəbhədə müharibələr aparan Xəzər xaqanlığı 1048-ci ildə süquta uğradı.

Xəzərlərin mənşəyi

Bu mövzuda araşdırma aparan bəzi SSRİ tarixçilərinin fikrincə, xəzərlər Şimali Qafqazın yerli xalqlarından biridilər. Ümumi olaraq xəzərlərin etnik mənşəyi ilə bağlı ortaq bir fikir yoxdur. Duqlas Morton, Dunlop və Piter Benjamin Qolden kimi tədqiqatçılar isə xəzərlərin telelərdən və ya uyğurlardan olduqlarını qəbul edirlər.Dunlop, The History of Jewish Khazars, s. 95–96 Fransız tədqiqatçı və tarixçi Renye Qroset, göytürklərin Jujan xaqanlığının hakimiyyətini ələ keçirməsi nəticəsində xəzərlərin qərbə köçən türk xalqlarından biri olduğunu yazır.1970 The Empire of the Steppes. (tr., Naomi Walford). New Brunswick: Rutgers University Press. 10-ISBN 0-8135-1304-9; 13-ISBN 978-0-8135-1304-1; OCLC 90972 Əl-Məsudi yazır ki, xəzərlər sabarların davamçılarıdır. Həmçinin Bizans və iranlılar tərəfindən xəzərlər, eyni zamanda "türklər" kimi də adlandırılıblar. D. M. Dunlop Çin mənbələrində xəzərlərin "Ho-sa-K'o-sa" (çin dili: 突厥可薩部) adlandırıldıqlarını sübut etsə də, P. B. Qolden xəzərlər ilə uyğurlar arasında əlaqənin mümkün olmadığını və onların oğurlar ilə bağlı olduqlarını irəli sürür.Brook, Bir Türk İmparatorluğu, s.26 Qədim rus mənbələrində xəzərlər "ağ uqrilər", macarlar isə "qara uqrilər" kimi keçirdilər.Brutzkus, s.119 Yunan tarixiçisi Teofanis qeydlərində xəzərləri "şərqdən gələn türklər" adlandırır.Dunlop, The History of, s.5 Xəzərlərin müasiri olan ərəb səyyah və coğrafiyaçıları olan ibn Havqəl və əl-İstəxri yazırlar ki, xəzər nə bir millətin, nə də xalqın adı deyil, yalnız paytaxtı İdil olan ölkəyə verilən addır.El İstahrî, s. 41İbn Havkal, s. 107

İstəxri xəzərləri, "ağ xəzərlər"Gömeç, Saadettin. "Hazar Çalışmaları". docs.google.com. Erişim tarihi: 2008-08-27. və "qara xəzərlərə" bölür. İstəxri qeydlərində ağ xəzərləri mavi gözlü və qırmızı saçlı olaraq qeyd edir. Qara xəzərləri isə dərilərinin qara rənginə istinadən hindlilərə bənzədir.Dunlop, The History of, s.96 Bəzi mənbələrdə isə bu bölünmə sinfi bölünmə olaraq göstərilir. Yəni qara xəzərlər aşağı təbəqə, ağ xəzərlər isə hökmdar təbəqəsi olmuşdur.Brook, Bir Türk İmparatorluğu, s.25 İbn Rəbbihi yazır ki, xəzərlər qara saçlı, mavi gözlü və açıq dərilidilər.Dunlop, Hazar Yahudi Tarihi, s.27–8. İbn Səd əl-Məğribi də İbn Rəbbihinin fikrinə qatılaraq yazır: "Xəzərlər ağ rəngli, mavi gözlü, qırmızı saçlı və böyük bədənlidirlər".Dunlop, Hazar Yahudi Tarihi, s.28

Siyasi tarix

Xaqanlığın yaranması Göytürk xaqanlığı dövründə xəzərlər Göytürk xaqanlığının qərb qanadını təşkil edirdilər. Göytürklərin dağılmasından sonra müstəqil olmuş xəzərlər, Kuban çayı və Azov dənizi arasındakı ərazidə məskunlaşmışlar.Baştav, s.141 Xəzərlər buradakı digər türk boylarını da özlərinə tabe etmişKoestler, s.23 və VII–X əsrlərdə Xəzər dənizi ilə Qara dənizin şimalında hakimiyyət qurmuşlar. X əsr tarixçisi Məsudi yazır ki, iranlıların "xəzər" dedikləri qövmə, türklər "sabar (sabir)" deyirdilər.El-Mesûdî, s.83 Xəzər xaqanlığının hakimiyyəti altındakı torpaqlar bir vaxtlar türklərin qərbdən şərqə doğru böyük köçünün üzərində yerləşdiyi üçün bir çox hun, oğur, fin-uqor və avarlardan olan köçərilər də bu ərazidə məskunlaşmışdılar.Kafesoğlu, s.167 Xəzərlər haqqında məlumat verən gürcü mənbələrinə görə, xəzərlər bu əraziyə miladdan əvvəlki dövrlərdə gəliblər.Kuzgun, s.5 Xəzərlərinn tarix səhnəsinə çıxmaları isə II əsrin sonlarına təsadüf edir.Kuzgun, s.51 198-ci ildə barsillərlə birləşən xəzərlər, Ərməniyyə ərazisinə hücum etmişlər. Xəzərlər III əsrin əvvələri, IV əsrin ortalarına qədər Ərməniyyədə Bizansa qarşı Sasanilərlə birlikdə döyüşmüşlər. IV əsrin ikinci yarısından başlayaraq Sasanilərin Ərməniyyəni ələ keçirərək onlara xəyanət etməsindən sonra Bizansla birləşərək Sasanilərə qarşı mübarizə aparmışlar. Buna cavab olaraq Sasanilər Qafqazdakı qəbilələri ilə xəzərlərə qarşı birləşdilər.Togan, s.398

Atillanın 434-cü ildə Hun imperatoru olması ilə xəzərlər bir müddət Qərbi Hun imperiyasına tabe oldular.Koestler, s.56 Ancaq Attillanın ölümündən sonra Hun imperiyasından ayrılan xəzərlər yenidən Sasani torpaqlarına hücum etməyə başladılar. Müqavimət göstərə bilməyən Sasanilər Bizansdan kömək istədilər. V əsrdə xəzərlər Avar xaqanlığına tabe oldular. 558-ci ildən etibarən tez-tez davam edən Sasani-xəzər müharibələri Sasani hökmdarını Dərbənd və Qafqazın keçidlərində bir sıra qalalar və səddlər tikməyə məcbur etmişdir.Togan, s. 340–341 Getdikcə qüvvətlənən xəzərləri məğlub edə bilməyəcəyini başa düşən Sasani hökmdarı Ənuşirvan, şimal tərəfdən olan təhlükənin qarşısını almaq üçün xəzərlər ilə dostluq münasibətləri yaratdı.Kuzgun, s.53 Bu dostluq münasibətləri davamlı olmadı. Belə ki, Çorpan Tərxanın rəhbərliyi altında 626–627-ci illərdə xəzərlər Bizans ilə birləşərək Araz çayına qədər bütün Şimali Azərbaycanı və Ərməniyyəni ələ keçirdilər. 629-cu ildə Tiflis ələ keçirildi. Beləliklə, Sasanilərlə mübarizədə Xəzər xaqanlığı Bizansın ən yaxın müttəfiqi oldu. Xəzərlər 582-ci ildə Göytürk xaqanlığı iki yerə bölündükdən və Qərbi Göytürk xaqanlığının süqutundan sonra müstəqil bir xaqanlığa çevrildilər. 630-cu ildə siyasi və hərbi gücünü sürətlə genişləndirən Xəzər xaqanlığı tam müstəqil oldu.Kafesoğlu, s.158Artamonov, s.146

Ərəb xilafəti ilə münasibətlər

thumb|Ərəb xilafətinin genişlənməsi (730-cu il)|alt=|left|292x292px Xəzər-Bizans müttəfiqliyi nəticəsində zəifləyən Sasani imperiyası 632–634-cü illərdə Ərəb xilafətinin qüvvələri tərəfindən süqut etdirildi və İran ərazisi ərəblərin əlinə keçdi. Beləliklə, hakimiyyətini genişləndirməyə çalışan Ərəb xilafəti Ərməniyyə vasitəsilə Qafqaza və Suriya yolu ilə Anadolu ərazisinə soxulmağa başladı. Xəzərlərin ərəblərlə mübarizəsi şiddətli və davamlı olmuşdu. İlk böyük toqquşma 651–652-ci illərdə xəlifə Ömər dövründə baş vermişdi. Xilafət ordusu Xəzəryanı torpaqları və Dərbəndi tutaraq Xəzər xaqanlığının paytaxtı Bələncərə çatsa da,Togan, s.389Artamanov, s.185 məğlubiyyətə uğrayaraq geri çəkildi. Bələncərin Xilafət tərəfindən işğalından sonra Xəzər xaqanlığının paytaxtı Aşağı İdilə köçürüldü və əks-hücuma keçən Xəzər qüvvələri ərəbləri geri çəkilməyə məcbur edərək Ərməniyyəni ələ keçirdilər.Kuzgun, s.56

Bu dövrdə Qara dənizin şimalındakı Böyük Bulqar xaqanlığı isə, Xəzər xaqanlığı ilə rəqabət apara bilməyərək parçalandı. Böyük Bulqar xaqanlığının İdil bulqarları və Tuna bulqarlarına ayrılmasından istifadə edən Xəzər xaqanı Dneprə qədər əraziləri ələ keçirdi."Hazarlar". Büyük Larousse Sözlük ve Ansiklopedisi. 10. Cilt. İstanbul: Milliyet A. Ş.. 1991. ss. sf. 5143–5144. VII əsrin sonlarında Xəzər xaqanlığı Krımı ələ keçirdi. Habelə, ölkənin cənub sərhədindəki Xilafətin Şimali Qafqaza gedən bütün yolları Xəzər xaqanlığının qüvvələri tərəfindən bağlandı. Xilafət ordusu Xəzər qüvvələrinin müqavimətini qıra bilmirdi.Kurat, s.32 652–656-cı illərdə xəlifə Osmanın öldürülməsi nəticəsində Xilafətin daxilindəki qarışıqlıqdan istifadə edən xəzərlər Arrana qədər ərazini ələ keçirdilər.

Xəlifə Müaviyə dövründə Qafqazdakı toqquşmalar yenidən başladı. Ancaq 717-ci ildə Konstantinapola hücuma hazırlaşan Xilafət, Qafqazdakı hərbi əməliyyatları dayandırdı. Xəzərlər 717–718-ci illərdə Şirvana daxil oldular, bir müddətdən sonra isə Azərbaycanın böyük bir hissəsini işğal etdilər.Kmosko, s.148 Xilafət ordusu yenidən güc toplayıb hücum etsə də, Şimali Qafqaza qədər irəliləyə bildi. 731-ci ildə Xəzər xaqanlığı Qafqazda irəliləyən Xilafətə qarşı, böyük sayda hərbi qüvvəylə hücuma keçərək Mosula qədər irəlilədi. Həmçinin Ərməniyyə də ələ keçirildi və vali Cərrah öldürüldü.Artamonov, s.202–213 Yalnız ərəb sərkərdəsi Səid əl-Xarəşinin əks-hücumu nəticəsində xəzərlər geri çəkildilər. thumb|263x263px|Xəzər xaqanlığı ən qüvvətli dövrlərində