thumb|RAM. Kompüterin daxili qurğuları — kompüterin əsas işini təmin edən qurğulardır: Ana plata (prosessor, kontrollerlər, əməli yaddaş qurğusu (RAM), keş-yaddaş, akkumulyator batareyaları); Prosessorları qurmaq üçün adapterlər; Daimi yaddaş qurğusu (Winchester, ROM); Səs platası; Qida bloku.

Prosessor – hesab və məntiqi əməliyyatların, proqramların yerinə yetirilməsi proseslərini idarə edən qurğudur. Prosessorun sürəti takt tezliyi, saniyədə taktların sayı, yəni saniyədə əməliyyatların sayı ilə təyin edilir. Məsələn, 40Mhs – saniyədə 40 milliyon əməliyyat, 1000Mhs=1GHs. Yaddaş qurğuları

Əmr və verilənləri yadda saxlamaq üçün yaddaş qurğularından istifadə olunur. Yaddaş qurğuları funksiyalarına görə müxtəlif olurlar: Daimi yaddaş qurğusu (Read Only Memory – ROM) – yalnız oxumaq üçün istifadə olunan yaddaş olub, kompüterdəki bütün fayllar, qovluqları özündə saxlayır. İlk dəfə 1973-cü ildə İBM 3340 sistemin yaddaşında yaradılıb. Əməli yaddaş qurğusu (Random Access Memory – RAM) – ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-da saxlanılan verilənlər silinir.

Həmçinin bax Kompüter

Kateqoriya:Kompüter Kateqoriya:İnformatika