Məzmun Orxan (Anar Heybətov) Ceyranın nişanlısıdır. Lakin bir gün Ceyranı (Samirə Rüstəmova) zooparkda ayı ilə təkbaşına buraxıb qaçandan sonra onların arası birdəfəlik dəyir. Ceyran isə ayı qiyafəsində zooparkda işləyən Zaura (Tural Əsədov) aşiq olur. İş evlənməyə qədər gəlib çıxanda Orxan toy günü Zaurdan və Ceyrandan qisas almaq qərarına gəlir. Və dostunun (Əkbər Əlizadə) köməyi ilə toy günü bəyi oğurlayır. Lakin sonluqda yenə xeyir şərə qalib gəlir.
Film bir neçə ayrı süjet xəttinə malikdir: Ceyranın atasının (Ramiz Əzizbəyli) baş həkim olduğu ruhi xəstəxanada baş verən tragikomik əhvalatlar, digər şadlıq sarayları ilə rəqabət aparmağa çalışan sarayların birində baş verən əhvalatlar və nəhayət Zaurla Ceyranın başına gələn əhvalat.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Əhməd Orucoğlu Quruluşçu rejissor: Şərif Qurbanəliyev Quruluşçu operator: Adil Abbasov Bəstəkar: Natiq Qəzənfəroğlu Mahnının mətni: Məryəm Əlibəyli Səs rejissoru: PRoMete Səs operatoru: Rəşad Əflatunoğlu Rəssam: Nabat Səmədova, Məlahət Səmədzadə Rejissor qrupu: Ruslan Hüseynov, Raminə Qarayeva, Rəşad Nərimanoğlu Operator assistenti: Elşən Bədəlov Səs operatoru: Əli Abbas Qasımov (Əliabbas Qasımov kimi) Qrim ustası: Eldar İsrafilov Modelyer: Gülnarə Xəlilova Stilist: Pərviz Montaj edən: Fidan Abbasova, Vüsal Nazimoğlu Kompüter qrafikası: Ənvər Sultan Texnik: Emin Yəhyayev, Qabil Yəhyayev Filmin direktoru: Arif Həkimoğlu Prodüser: Əhməd Orucoğlu Mahnı ifa edən: Rəşad İlyasov, Xəyalə Manaflı
Rollarda Yaşar Nuri — ruhi xəstə Ramiz Əzizbəyli — baş həkim Samirə Rüstəmova — Ceyran Tural Əsədov — Zaur Ələsgər Məmmədoğlu — Gülümsər Çingiz Əhmədov — ruhi xəstə Coşqun Rəhimov — Səlim Rəzzaq Məmmədov — ruhi xəstə Rövşən Kərimduxt — Balaoğlan Tünzalə Əliyeva — Nənəxanım Nahidə Orucova — Rübabə Nəsibə Eldarova — Ceyranın anası Əkbər Əlizadə — Orxanın dostu Anar Heybətov — Orxan Elman Rəfiyev — şadlıq evinin işçisi Qurban Məsimov — tamada Elariz Məmmədoğlu — Gülhüseyn, özü Yelena Şetinkina — Viktoriya Ramiz Sərkərov — sərxoş Qədirhüseyn — Məmməd Arif Həkimoğlu — kapitan Mərdanov Hüsniyyə Mürvətova (Hüsniyyə Əhmədova kimi) — Qızxanım Günel Məmmədova — Tamilla Elnur Abbasquliyev — ruhi xəstə Rəna Məlikova — Səlimin arvadı Anar Azəroğlu Əliqulu Səmədov — həkim Ruslan Hüseynov Elşən Eyvazov Elnarə Mirzəyeva Oqtay İmanov Arif Qasımov — pul yazan Mikayıl Nəsirov Rəşad Zeynalov Rəcibə Heybətova Vüsal Rəfiyev Elçin Qafarov Vaqif Mirzəyev Rəşad İlyasov — özü
Çəkilişə köməklik edən qurumlar Bakı Şəhər Baş Polis İdarəsi "Flaminqo" istirahət mərkəzi Travmatologiya və Ortopediya İnstitutu "Admiral" pivə barı
Kateqoriya:2006-cı ilin Azərbaycan filmləri Kateqoriya:Faciəvi komediya filmləri Kateqoriya:Azərbaycanın macəra filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Şərif Qurbanəliyevin filmləri