Leyla Ələsgər qızı Məmmədbəyova () — Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Ön Asiyada ilk qadın təyyarəçi.

Həyatı Leyla Məmmədbəyova əslən Qubadan olsa da, 17 sentyabr 1909-cu ildə Bakıda anadan olub və ilk təhsilini burada alıb.İlk qadın təyyarəçi Leyla Məmmədbəyova . youtube.com, 27.02.2016. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri mart soyqırımı ərəfəsində ailəsi ilə birlikdə Həştərxanda məskunlaşıblar. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Bakıya köçüblər.

Karyerası İlk əmək fəaliyyətinə 1930-cu ildən başlayan Leyla Məmmədbəyova sənət təhsilini Bakı aeroklubunda almış və ilk uçuşunu 1931-ci ildə yerinə yetirmişdir. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdur (Nina Kamnevadan sonra). 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirmişdir.

Yetkinlik yaşına çatmamış dörd uşaq anası (uşaqlarının sayı isə ümümən altı nəfər idi) mayor Məmmədbəyovanın Böyük Vətən müharibəsində iştirakına imkan verilmədi. Aeroklubun bağlanmasına görə o, desantçı və paraşütçü kurslarını tədris etməyə icazə almışdı. O, müharibə illəri ərzində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollamışdı. Onların arasında iki nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Məmmədbəyova təyyarəçi karyerasını 1949-cu ildə son uçuş ilə başa çatdırmış, sonralar OADKYC-nin Bakı filialında sədr müavini kimi çalışmışdır. 1961-ci ildə təqaüdə çıxmışdır. thumb|right|250px|Poçt markası (2009).Leyla Məmmədbəyova 1989-cu ilin iyulunda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

Şəxsi həyatı Leyla Məmmədbəyova 1925-ci ildə Nardaran qəsəbəsində dünyaya gəlmiş, Azərbaycanın tanınmış mütəxəssislərindən olan Bəhram Firudin oğlu Məmmədbəyovla ailə həyatı qurmuşdur. 16 yaşında ikən ilk övladı dünyaya gəlib.

Leyla Məmmədbəyovanın böyük oğlu Firudin İkinci Dünya Müharibəsində, kiçik oğlu Xanlar isə Qarabağda vuruşmuşdur.

Xatirəsi Qadın təyyarəçiyə bir sıra şeir və kinofilm həsr olunmuş, 1995-ci ildə haqqında sənədli film də çəkilmişdir. 1934-cü ildə çəkilən "İsmət" bədii filmi məhz Leyla xanıma həsr olunmuşdur. Həmçinin, 2025-ci ildə Leyla Məmmədbəyovaya həsr olunmuş "Səma xanımı" adlı qısametrajlı filmin təqdimatı keçirilmişdir.

Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1935-ci ildə yazıdığı "Leyla" şeiri Leyla Məmmədbəyova həsr olunub.

Qazaxıstanın istehsal etdiyi "Leyla" PUA-sı Leyla Məmmədbəyovanın şərəfinə adlandırılıb.

Bakının Bakıxanov qəsəbəsində bir küçə Məmmədbəyovanın adını daşıyır.

Təltifləri Leyla Məmmədbəyova aviasiyadakı xidmətləri və ictimai fəaliyyətlərinə görə bir sıra mükafatlarla təltif olunmuşdur. "Şərəf nişanı" ordeni — 27 yanvar 1936 "Qafqazın müdafiəsinə görə" — 1945 "Əməkdə fərqlənməyə görə" medalı — 25 fevral 1946 "Əmək rəşadətinə görə" və "Əmək veteranı" "Analıq medalı"

Filmoqrafiya İsmət (film, 1934) — özü (tammetrajlı bədii film)Kazımzadə, A. Kinomuzun "İsməti": ["İsmət" filmində baş rolun ifaçısı, təyyarəçi qadın Leyla Məmmədbəyova haqqında] //Kaspi.- 2014.- 15–17 mart.- S. 22–23.

İstinadlar

Xarici keçidlər Покорение неба. Журнал "Баку". Номер: Март — Апрель 2011

Kateqoriya:Azərbaycanın qadın pilotları Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Azərbaycan hərbi pilotları Kateqoriya:Bakı şəxsləri Kateqoriya:SSRİ hərbi pilotları Kateqoriya:Azərbaycanda qadın ilkləri