Bazar küçəsi sübh çağı — qısametrajlı sənədli film. Rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Elmi kinonun mənzərə filmi janrında çəkilmiş kinosüjet Bakıdakı Bazar küçəsində (indiki Hüsü Hacıyev) səhər erkən dükanların açılmasını, buraya araba, ulaq və dəvə ilə ərzaq, sənaye mallarının daşınmasını, alış-verişin başlanmasını, küçə boyu həyatın qaynamasını əks etdirir.

Məzmun Elmi kinonun mənzərə filmi janrında çəkilmiş kinosüjet Bakıdakı Bazar küçəsində (indiki Hüsü Hacıyev) səhər erkən dükanların açılmasını, buraya araba, ulaq və dəvə ilə ərzaq, sənaye mallarının daşınmasını, alış-verişin başlanmasını, küçə boyu həyatın qaynamasını əks etdirir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.5.

Filmin üzərində işləyən Rejissor: Aleksandr Mişon Operator: Aleksandr Mişon

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 11. Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.

Kateqoriya:1898-ci ilin Azərbaycan filmləri