thumb|225px|right|Fotoşəklin əks tərəfi - Aleksandr Mişon (1891) Aleksandr Mixayloviç Mişon (1858, Xarkov — 5 iyul 1921, Samara) — fotoqraf, rejissor, ssenarist, operator, redaktor, naşir, Bakı fotoqrafiya dərnəyinin yaradıcısı, Paris milli akademiyasının fotoqraf üzvü.

Həyatı Aleksandr Mişon Xarkov şəhərində anadan olub. Karyerasını 1883-cü ildə doğma şəhərində, Moskovskaya küçəsində və Slesarnıy dalanında yerləşən əsasını qoyduğu fotostudiyadan başlayıb. 1884-cü ildə Bakıya gələrək fotoqrafiya işləri ilə məşğul olmaq üçün razılıq almasını gözləyir. 28 iyun 1887-ci ildə Bakı Quberniyası Tarqovoy küçəsində yerləşən fotoemalatxananın açılışına icazə verir. Növbəti ilin mart ayında emalatxana "İmperial" mehmanxanasına köçürülür.

Fotoincəsənətin öyrənilməsi, elmə, arxeologiyaya, etnoqrafik materiallarda tətbiqi məqsədilə ilk dəfə olaraq, foto həvəskarlarının Bakı dərnəyinin yaradılmasının təşəbbüskarıdır. Ustava görə, orta və aşağı sinif təhsil ocaqlarında təhsil alanlar, hərbi xidmətdə olanlardan başqa hər iki cinsin nümayəndəsi fotodərnəyin üzvü ola bilərdi.

Aleksandr Mişon 1893-cü ildə çıxan Bakının illik hesabat materiallarının müəllifi, redaktoru, fotoqrafı, naşiri olub. Elə bu ildə Mişon Tarqovoyda yerləşən nəşriyyatında oxu zalının açılmasına icazə alır.

1890-cı ildə Paris Milli Akademiyasının fotoqraf-üzvü seçilən peşəkar fotoqraf Parisə səfərlərinin birində aldığı kinokamera ilə 1898-ci ildə ilk dəfə Azərbaycanda kinosüjetlər çəkməyə başladı və Azərbaycan kinematoqrafının əsasını qoydu. 1898-ci ildə Aleksandr Mişon yerli mövzuda "Bibiheybətdə neft fontanı yanğını", "İlişdin", "Qafqaz rəqsi", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi" kimi bir-neçə sənədli film çəkir. Həmin il 2 avqustda xüsusi təşkil olunmuş kinoseansda tamaşaçılara bu filmlər göstərilir. Azərbaycan Respublikasının prezidentinin 2000-ci ildə verdiyi fərmana əsasən 2 avqust milli kinematoqrafiyanın yarandığı gün və "Milli kino günü" kimi qeyd edilir.

1908-ci ildə Slavyansk şəhərinə köçdükdən sonra əvəllər anasına məxsus olan fotoidarədə çalışmağa başlayır. Üç ildən sonra "Şimali Donetsk Əyaləti" qəzetini çıxarmağa icasə alır. 1912-ci ilin iyulunda bu qəzetin nəşri dayanır. 1913-cü ildən Xarkovda fotoqrafiya və sinkoqrafiya ilə məşğul olmağa başlayır və ömrünün sonunadək öz sevimli işi fotoqaflıqla məşğul olmağa davam edir. 1918-1921-ci illərdə Voronejdə işləyən və yaşayan Mişon 1921-ci il iyulun 5-i burada dünyasını dəyişir. Bu barədə o vaxtlar "Voronej Kommunası" qəzeti "Cənab Mişonun ölümü" başlığı altında məlumat dərc etmişdir.

Fotoşəkilləri

Filmoqrafiya thumb|right|Bibiheybətdə neft fontanı yanğını (film, 1898)-filmindən kadr. Rejissor-operator: Aleksandr Mişon 1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları (film, 1898) — rejissor, operator Bazar küçəsi sübh çağı (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator Bibiheybətdə neft fontanı yanğını (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator İlişdin (film, 1898) (qısametrajlı bədii film) — rejossor, ssenarist, operator Qafqaz rəqsi (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, ssenarist, operator "Qafqaz və Merkuri" Cəmiyyətinə məxsus paroxodun limandan yola düşməsi (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator Qatarın dəmiryol stansiyasına daxil olması (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator Şəhər bağında xalq gəzintisi (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator thumb|right|1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı-filmindən kadr. Rejissor-operator: Aleksandr Mişon

İstinadlar

Mənbə Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 11-12. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812. Aydın Kazımzadə. "A.M.Mişon kimdir?". "Bu belə olub". [Azərbaycan kinosu - 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.

Xarici keçidlər Первый фотограф Aleksandr Mişon haqqında. 02.08.2016

Kateqoriya:XX əsr fotoqrafları Kateqoriya:XIX əsr fotoqrafları Kateqoriya:Fransa kinorejissorları Kateqoriya:Fransa fotoqrafları Kateqoriya:Fransız fotoqraflar Kateqoriya:Fransa ssenaristləri Kateqoriya:Fransa kinooperatorları Kateqoriya:Bakı şəxsləri Kateqoriya:Azərbaycan fotoqrafları Kateqoriya:Ukrayna fotoqrafları Kateqoriya:Rusiya imperiyası jurnalistləri Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Ukrayna jurnalistləri Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan naşirləri Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:Azərbaycan jurnalistləri