Məhəmməd Hənəfi Həsən oğlu Terequlov () — Azərbaycan aktyoru, opera müğənnisi, bariton, teatr xadimi və ictimai xadim, Azərbaycanda opera xorunun banilərindən biri.
Həyatı Məhəmməd Hənəfi Terequlov 1877-ci il noyabrın 7-də (yeni təqvimlə 19-da) Tiflisdə anadan olmuşdur. Hənəfi Terequlov Zaqafqaziya Müəllimlər Seminariyasında pedaqoji təhsil alaraq həmin seminariyanın tam kursunu bitirmiş və ibtidai məktəb müəllimi adına layiq görülərək bu haqda şəhadətnamə əldə etmişdir. O,1900-cu ildən etibarən Bakı şəhər məktəblərində müəllimlik fəaliyyətinə başlamışdır. Bundan əvvəlki dövrlərdə isə Hənəfi Terequlov Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyasının 3 iyun 1899-cu il qərarına əsasən Əştərəkdəki məktəbdə müəllim vəzifəsinə təyin edilmişdir.
O, Tiflisdə apardığı bolşevik təbliğatına görə 1909-cu ildə növbəti dəfə həbs olunub.
Hənəfi Terequlov Əli Terequlovun, Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə Terequlova-Hacıbəyovanın və Müslüm Maqomayevin həyat yoldaşı Baydıgül Terequlovanın qardaşıdır.
Filmoqrafiya Arşın mal alan (film, 1917) (tammetrajlı bədii film) — rol: Vəli Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film)
İstinadlar
Mənbə Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004. səh. 17–20.
Kateqoriya:Terequlovlar Kateqoriya:Azərbaycan tatarları Kateqoriya:Səssiz film aktyorları Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:Zaqafqaziya Müəllimlər Seminariyasının məzunları Kateqoriya:"Azərbaycanfilm" kinostudiyasının direktorları Kateqoriya:Əmək qəhrəmanları Kateqoriya:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri Kateqoriya:XX əsr Azərbaycan aktyorları