Məcid Baba oğlu Şamxalov () — Azərbaycan dramaturqu, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar artisti (1949).
Həyatı Məcid Şamxalov 1907-ci il mayın 2-də Şuşa qəzasının Gülablı kəndində anadan olmuşdur. Digər versiyaya görə isə, Cənubi Azərbaycanın Sərab şəhərində doğulmuş, uşaqlıqda valideynləri ilə Ağdama köçmüşdü.
İbtidai təhsilini kənddə almış, 1918-ci ildə ailəliklə köçmüşlər. Burada S. S. Axundovun rus-tatar məktəbini bitirmişdir.
M. F. Axundov adına Dövlət Teatr Texnikumunda təhsil aldıqdan sonra (1924–1926) taleyini milli səhnəyə bağlayır, Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor işləyir. İlk ədəbi-ictimai fəaliyyəti "Damğa" tənqid-təbliğ teatrında rejissorluğu dövründə kiçik həcmli əsərlər yazması ilə başlanır. Onun ilk əsəri "Mənzər" 1955-ci ildə Azərbaycan Dövlət Nəşriyyatında çap olunmuşdur. Gənc məzhəkəçilərin respublika müsabiqəsində I yeri tutduğuna görə "Qızıl medal"a layiq görülmüşdür. Xidmətlərinə görə SSRİ medalları ilə təltif olunmuşdur.
Məcid Şamxalov 1984-cü il oktyabrın 13-də Bakıda vəfat etmişdir.
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 21 iyul 1949 "Əmək igidliyinə görə" medalı — 22 iyul 1949
Əsərləri Mənzər (pyes). Bakı: Birləşmiş nəşriyyat, 1957, 16 səh. Qayınana (komediya). Bakı: Azərnəşr, 1964, 52 səh. Qayınana (komediya). Bakı: Azərnəşr, 1974, 61 səh. Qayınana (pyeslər). Bakı: Yazıçı, 1980, 117 səh.
Filmoqrafiya Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film) Lətif (film, 1930) — traktorçu Məhəbbət oyunu (film, 1935) Bakılılar (film, 1938) Qara daşlar (film, 1956) Qayınana (film, 1978)
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 50–53.
İstinadlar
Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:Azərbaycanlı dramaturqlar Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Səssiz film aktyorları Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı şəxsləri