İqor Andreyeviç Savçenko (11 oktyabr 1906, Vinnitsa, Ukrayna – 14 dekabr 1950, Moskva, RSFSR) — SSRİ yazıçısı, ssenarist, rejissor.
Həyatı İqor Andreyeviç Savçenko 11 oktyabr 1906-cı ildə Vinnitsada (Ukrayna) anadan olmuş, 14 dekabr 1950-ci ildə Moskvada vəfat etmişdir.
Fəaliyyəti İqor Savçenko 1919-cu ildən müxtəlif teatrlarda işləmişdir. 1926-1929-cu illərdə Leninqrad Səhnə Sənətləri İnstitutunda oxumuşdur. 1929-1932-ci illərdə Bakı Kinostudiyasında, 1932-1935-ci illərdə Moskvada işləmişdir. 1933-cü ildən "Mejrabpomfilm", 1938-ci ildən Bakı kinostudiyasının rejissoru olmuşdur. 1941-1945-ci illərdə Aşqabad kinostudiyasında rejissor, "Soyuzdetfilm" kinostudiyasında bədii rəhbər, "Mosfilm" kinostudiyasında isə rejissor vəzifələrində çalışmışdır. Ömrünün son illərində, yəni, 1945-1950-ci illərdə Ümumittifaq Kinematoqrafiya İnstitutunda dərs demişdir.
Ad və mükafatlar SSRİ Dövlət Mükafatı (1942, 1949, 1952) Rusiya Əməkdar İncəsənət Xadimi (1944) "Qırmızı əmək bayrağı" ordeni
Filmoqrafiya
Əsər müəllifi kimi Nikita İvanoviç və sosializm (film, 1931) (tammetrajlı bədii film)
Ssenari müəllifi kimi Əlsiz adamlar (film, 1932) (tammetrajlı bədii film)
İkinci rejissor kimi Nikita İvanoviç və sosializm (film, 1931) (tammetrajlı bədii film)
Aktyor kimi Nikita İvanoviç və sosializm (film, 1931) (tammetrajlı bədii film) 26 komissar (film, 1932) (tammetrajlı bədii film)(rol: eser lideri)
Rejissor kimi Əlsiz adamlar (film, 1932) (tammetrajlı bədii film)
Mənbə САВЧЕНКО Игорь Андреевич
İstinadlar
Xarici keçidlər Игорь Савченко Игорь Савченко
Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:Ukraynada doğulanlar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Səssiz film aktyorları Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun müəllimləri Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:RSFSR əməkdar incəsənət xadimləri Kateqoriya:Rusiyanın teatr pedaqoqları Kateqoriya:Ukrayna Sovet Sosialist Respublikası şəxsləri