Nikolay Mixayloviç Şengelaya (d. 8 avqust 1903, Obuji, Gürcüstan - ö. 4 yanvar 1943, Tbilisi, Gürcüstan) - rejissor. Rusiya Əməkdar İncəsənət Xadimi (1935), "SSRİ Dövlət Mükafatı" laureatı (1941).

Həyatı Nikolay Mixayloviç 8 avqust 1903-cü ildə Gürcüstanın Kutaisi quberniyasının Obuji kəndində anadan olub. Tbilisi universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. 4 yanvar 1943-cü ildə Tbilisidə vəfat edib.

Rejissor Eldar Şengelayanın atasıdır.

Fəaliyyəti Gənc ikən şerlər yazardı. Kinoda 1924-cü ildən fəaliyyət göstərmişdir. 1927-ci ildə ilk filmini çəkdi. Həm Gürcüstan, həm Azərbaycan kinematoqrafiyası tarixində silinməz izlər qoymuşdur.Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 117 Həmçinin filmlərin ssenari müəllifidir.

Adlar və mükafatlar Rusiya Əməkdar İncəsənət Xadimi (1935) "SSRİ Dövlət Mükafatı" laureatı (1941) "Qırmızı əmək bayrağı" ordeni laureatı

Filmoqrafiya

Rejissor kimi 26 komissar (film, 1932)(tammetrajlı bədii film)

Bədii rəhbər kimi Almaz (film, 1936)(tammetrajlı bədii film)

İstinadlar

Mənbə Шенгелая Mükərrəmoğlu, M.; Salmanov, R. “"Şərq-Qərb" Kinofestivalının gündəliyi” [Dünən Kinematoqrafçılar İttifaqında Nikolay Şengelayanın xatirə gecəsi keçirildi] //Xalq.- 2002.- 15 oktyabr.

Xarici keçidlər

Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Gürcüstan kinorejissorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Gürcüstan ssenaristləri Kateqoriya:RSFSR əməkdar incəsənət xadimləri Kateqoriya:SSRİ kinorejissorları