thumb|Osmanlı padşahı Sultan Süleyman Qanuni. Padşah — Orta əsr şərqində feodal dövlətlərin başında duran monarx. Sözün mənşəyi fars dilinə söykənir.

Osmanlı hökmdarları üçün istifadə edilsə də, XIV–XV əsrlərdə onlar İslamın təsiri ilə sultan və ənənəvi olaraq bəy, xan titullarını da seçirdilər.

İlk dövrlərdə "Böyük Hökmdar" mənasına gələn "Hudavəndigar" titulu istifadə edilsə də sonradan, yəni II Muraddan etibarən padşah titulu qəbul edildi.

Osmanlıda padşahların hökmdarlıq səlahiyyətləri ilkin türk dövlətlərinin və yaxın-şərqdəki tarixi imperiyaların ənənələrinə bağlı idi.

23 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin yaradılması ilə milli iradəni təmsil edən hökumət Osmanlı İmperiyasının və padşahlıq sisteminin yerinə gəldi.

İranda hakimiyyətdə olmuş türk və fars mənşəli hökmdarlar şahənşah (şehinşah) ünvanı ilə tanınırdılar. 1979-cu ildə İranda şah rejimi devrildi və ölkədə dini dövlət quruldu.

Kateqoriya:Zadəgan titulları Kateqoriya:Osmanlı imperiyasında titullar Kateqoriya:Fars dilində sözlər və ifadələr Kateqoriya:İran tarixi Kateqoriya:İmperatorlar Kateqoriya:Türk titulları Kateqoriya:İslam Kateqoriya:İslam tarixi Kateqoriya:Monarxiya Kateqoriya:Milli və ya etnik liderlik adları Kateqoriya:Dövlət başçıları Kateqoriya:İran titulları Kateqoriya:Kral titulları