Mahmudov Sabit Kərim oğlu (Sabit Rəhman) () — Azərbaycan yazıçısı, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943).
Həyatı thumb|right|250px|Poçt markası (2000). Sabit Rəhman 26 mart 1910-cu ildə Şəkidə (o vaxtkı Nuxada) anadan olmuşdur. Ədəbi fəaliyyətə 1926–1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlamışdır. İlk hekayələr məcmuəsi — "Pozğun" 1931-ci ildə dərc olunmuşdur. Bir çox hekayə və pyes müəllifidir.
Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur "Arşın mal alan" və "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?" filmlərinin, Ulduz musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir.
1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunmuşdur. Şəki dram teatrı S. Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə vardır.
Sabit Rəhman 1970-ci ildə Bakıda vəfat etmişdir.
Bəstəkar Emin Sabitoğlunun atası, musiqişünas Ceyran Mahmudovanın babasıdır.
Əsərləri Hekayələri: "Şirin bülbül", "Qudurğan", "Mir Qasımın macəraları", "Kölgələr", "Mirzəkələntər", "Xəyal plov", "Nikolay taxtdan düşdü", "Qohumlar". Povestləri: "Vəfasız", "Son faciə". Pyesləri: "Toy", "Xoşbəxtlər", "Aşnalar", "Aydınlıq", "Əliqulu evlənir", "Yalan" və s. Romanı: "Nina".
Kitabları thumb|250px|Sabit Rəhmanın xatirə lövhəsi (Bakı) Pozğun (hekayələr). Bakı: 1931 Şirin bülbül (hekayələr). Bakı: 1933 Vəfasız (povest). Bakı: 1933 Xəyalplov. Bakı: 1938 Son faciə (povest). Bakı: 1939 Hüseyn Ərəblinski (povest). Bakı: 1948 Hədiyyə. Bakı: 1949
Filmoqrafiya Arşın mal alan (film, 1945) — (ssenari müəllifi) O olmasın, bu olsun (film, 1956) — (ssenari müəllifi) Koroğlu (film, 1960) — (ssenari müəllifi) Əhməd haradadır? (film, 1963) — (ssenari müəllifi) Ulduz (film, 1964) — (libretto müəllifi) Hicran (teatr tamaşası, 1983) — (ssenari müəllifi) Şirin bülbül (film, 2000) — (əsərin müəllifi) Gülüş fenomeni. Sabit Rəhman (film, 2014)
Mənbə Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust. Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 106.
Xarici keçidlər
S. Rəhman adına Şəki Dövlət Dram Teatrı
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Ssenaristlər Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:"Azərbaycanfilm" kinostudiyasının direktorları Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Azərbaycan ssenaristləri