Adı sənin, dadı mənim tammetrajlı televiziya tamaşası rejissor Ələkbər Kazımovski tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. Televiziya tamaşası Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası Qəlyanalı, Qəmzə və Həmzə üçlüyü arasında baş verən gülməli hadisədən danışır. Televiziya tamaşasında əsas rolları Səyavuş Aslan, Nəsibə Zeynalova, Əzizağa Qasımov və Ofeliya Aslan ifa edirlər.
Məzmunu Televiziya tamaşası Qəlyanalı (Səyavuş Aslan), Qəmzə (Nəsibə Zeynalova) və Həmzə (Əzizağa Qasımov) üçlüyü arasında baş verən gülməli hadisədən danışır. Qəlyanalı Qəmzənin malına, bağına görə onunla evlənmək istəyir. Həmzə isə Qəmzənin ayrıldığı keçmiş sevgilisidir. İş elə gətirir ki, Qəmzə Qəlyanalıya yox elə Həmzəyə ərə gedir. Qəlyanalının fırıldağı baş tutmur. Adı da Həmzənin olur, dadı da...
Film haqqında Televiziya tamaşası Seyfəddin Dağlının eyniadlı pyesi əsasında çəkilib.
Filmin üzərində işləyənlər Əsərin müəllifi: Seyfəddin Dağlı Rejissor: Ələkbər Kazımovski Operator: Vaqif Həsənov Rəssam: Rəfael Əlizadə
Rollarda Səyavuş Aslan — Qəlyanalı Nəsibə Zeynalova — Qəmzə Əzizağa Qasımov — Həmzə Ofeliya Aslan — Səbirə Elxan Ağahüseynoğlu — nəzarətçi Kübra Dadaşova — Totux Atabala Səfərov — Quzubala Mustafa Süleymanov — Yumşaqov Səadət Zülfüqarova — Xatun
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1980-ci ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1980-ci ilin filmləri Kateqoriya:1980-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər