Ağ rəngin simfoniyası qısametrajlı sənədli televiziya filmi rejissor İqbal Məmmədəliyev tərəfindən 2003-cü ildə çəkilmişdir. Film Lider Televiziyasında istehsal edilmişdir. Bütün çirkabları üzə çıxaracaq qədər təmiz, saf bir rəng olan ağ rəng yaradılışla bağlıdır. Ağ rəng təmizlik, səmimiyyət, bakirəlik və azadlıq rəmzidir. Elmi-kütləvi filmdə bu rəngin anlamları açıqlanır.
Məzmun Bütün çirkabları üzə çıxaracaq qədər təmiz, saf bir rəng olan ağ rəng yaradılışla bağlıdır. Ağ rəng təmizlik, səmimiyyət, bakirəlik və azadlıq rəmzidir. Elmi-kütləvi filmdə bu rəngin anlamları açıqlanır.
Yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir. İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir.
İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında, xatırlatdığımız kimi, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir. Hətta bütün rənglərin ağ rəngdən törəməsi fikri də var və bu səbəbdən o, "ana rəng" adlanır. Bu doğrudan da belədir. Qırmızı, qara, sarı, yaşıl, mavi rənglərdə olan parça, ip və s. nəsnələri ağ rəngli etmək mümkün olmadığı halda, ağ rəngli nə varsa boyalar vasitəsilə digər rəngli etməyin heç bir çətinliyi yoxdur.
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Günel Mehri Rejissor: İqbal Məmmədəliyev Operator: Rəşad Nuriyev, Rüfət Məmmədoğlu Prodüser: Elman Dadaşoğlu
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2003-cü ilin Azərbaycan filmləri 2000-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:2003-cü ilin filmləri Kateqoriya:2003-cü ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər