Appassionata qısametrajlı sənədli filmi rejissor Əlihüseyn Hüseynov tərəfindən 1970-ci ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film V.İ.Leninin anadan olmasının 100 illiyinə həsr edilmişdir.
Məzmun Film V.İ.Leninin anadan olmasının 100 illiyinə həsr edilmişdir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 126
Kinolent üç novelladan ibarətdir. Birinci novella "Qəzet" adlanır. O, "Qızıl Quba" qəzetinin yaranma tarixinə, Azərbaycan bölgələrində onun mədəni inqilabın həyata keçirilməsindəki roluna həsr edilmişdir. İkinci novella-"Buruq" Bakıda neft sənayesinin yaranması və inkişafından danışır, üçüncü isə "Çinar" Bərdə rayonudakı qabaqcıl və varlı "Azərbaycan" kolxozunun timsalında Azərbaycanda kolxoz quruculuğuna həsr olunmuşdur.
Filmdə Bethovenin "Appassionata"sı səslənir.
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Vladimir Sinitsın Rejissor: Əlihüseyn Hüseynov Operator: Əlihüseyn Hüseynov, Fəraməz Məmmədov
İstinadlar
Mənbə Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 237.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1970-ci ilin Azərbaycan filmləri 1970-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1970-ci ilin filmləri Kateqoriya:1970-ci ilin Azərbaycan filmləri Kateqoriya:Vladimir Lenin haqqında filmlər