Aşıqlar qısametrajlı sənədli filmi rejissor Xamis Muradov tərəfindən 1983-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycan aşıqlarının yaradıcılığından, onun keçmişindən və bu günündən söhbət açılır.
Məzmun Aşıq yaradıcılığı xalqımızın ən qədim mənəvi sərvətidir. Filmdə Azərbaycan aşıqlarının yaradıcılığından, onun keçmişindən və bu günündən söhbət açılır. Kinolentdə təkcə aşıqlar haqqında deyil, sazın yaranma tarixindən, hazırlanma texnologiyasından da danışılır. Bu film kino işçilərinin Azərbaycan aşıqlarının IV qurultayına töhfəsidir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 234
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Anar Rejissor: Xamis Muradov Operator: Köçəri Məmmədov
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 377.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1983-cü ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1983-cü ilin filmləri Kateqoriya:1983-cü ilin Azərbaycan filmləri Kateqoriya:Aşıqlar haqqında filmlər