Azərbaycanda sovet ədəbiyyatı günləri qısametrajlı sənədli televiziya filmi rejissorlar Rüfət Şabanov və Nurəddin Tağıyev tərəfindən 1975-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Kinolentdə Azərbaycanda keçirilən sovet ədəbiyyatı günlərindən danışılır.
Məzmun Kinolentdə Azərbaycanda keçirilən sovet ədəbiyyatı günlərindən danışılır. Sovet İttifaqından, dünyanın 50 xarici ölkəsindən-Polşa, Bolqarıstan, Yaponiya, Portuqaliya, Fransa, Rumıniya, Macarıstan, Monqolustan, Kuba və b. yerlərdən gəlmiş yazıçıların bu tədbirdə iştirak etmələri, Mərdəkanda görkəmli rus şairi Sergey Yeseninin muzeyinin açılışı, yazıçıların Naxçıvan MR, Dağlıq Qarabağ, Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Şamaxı və Neft Daşlarına gedib orada görüşlər keçirmələri və s. tədbirlər filmdə öz əksini tapmışdır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 174
Filmin üzərində işləyənlər Rejissor: Rüfət Şabanov, Nurəddin Tağıyev Operator: Sergey Bədəlov
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1975-ci ilin Azərbaycan filmləri 1970-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1975-ci ilin filmləri Kateqoriya:1975-ci ilin Azərbaycan filmləri