thumb|270px|Aleksandr G. Findley Classical Atlas to Illustrate Ancient Geography, Nyu York, 1849 Frakiya (Bolqar dilində: Тракия Trakiya, Türk dilində: Trakya, Yunan dilində: Θρᾴκη Traki) ― Cənub-Şərqi Avropada cənubdan Bolqarıstan, şimal-şərqi Yunanıstan və Türkiyənin Avropa qitəsindəki torpaqlarını əhatə edən, tarixi çox zəngin bir bölgə. Türkiyə sərhədləri içindəki sahəsi 23.764 km² olan bu bölgənin üç dəniz ilə sərhədi vardır: Qara dəniz, Mərmərə dənizi və Egey dənizi.
Frakiyanın ərazi bölünməsi Frakiyanın torpaqları Türkiyə Frakiyası,Türkiyə Trakyası, Türkiyənin Avropa qitəsindəki torpaqlarının bütününü təşkil edir. Bolqarıstan Frakiyası və Yunanıstan Frakiyası arasında bölünmüşdür. Türkiyə Frakiyasına Şərqi Frakiya, Bolqarıstan Frakiyası və Yunanıstan Frakiyasına Qərbi Frakiya deyilir.Ramazan Özey, 'Türk Yurdu Balkanların Coğrafyası', Yeni Türkiye, Sayı. 43: Türkoloji ve Türk tarihi araştırmaları özel sayısı I, Yanvar/Fevral 2002, s. 229. Türk mediasında Qərbi Frakiya sözü Yunanıstanın Frakiya (Şərqi Makedoniya və Frakiya) bölgəsi üçün istifadə edilir.
Mənşə elmi (etimologiya) Frakiya sözü qədim yunan dilində traxia sözündən törəmişdir və "qırtlaq, nəfəs borusu" mənasını verməkdədir. Bir başqa deyişlə Frakiya, "Boğazlar ölkəsi" dir.
İstinadlar
Kateqoriya:Qədim Yunanıstan coğrafiyası Kateqoriya:Yunanıstanın tarixi vilayətləri Kateqoriya:Türkiyənin tarixi vilayətləri Kateqoriya:Bölünmüş regionlar Kateqoriya:Avropa regionları