III Mənuçöhr və ya Böyük Mənuçöhr () — Şirvanşahlar dövlətinin on doqquzuncu hökmdarı, Şirvanşah I Əfridunun oğlu. III Mənuçöhr atası I Əfridunnin 1120-ci ildə vəfat etməsindən sonra taxta çıxmışdır. 40 il hakimiyyətdə olmuş III Mənuçöhr 1160-cı ildə anadan olduğu Şamaxı şəhərində vəfat etmişdir.

Həyatı

Adı thumb|left|300px|III Böyük Mənuçöhrün adının çəkildiyi Bakı qalası kitabəsi Hadi Həsən şairlərdən Əbülüla Gəncəvi, Xaqani və Fələkinin əsərlərinə əsasən III Mənuçöhrün tam adını və titulunu müəyyənləşdirmişdir: Əbül Hüca Fəxrəddin əl-Məlik Mənuçöhr ibn Əfridun, Şirvanşah, xaqan-i Bozorg, Kəbir, yaxud Əkbər. Bu titullar yalnız onun özünə deyil, oğlu I Axsitana da aid idi. Lakin Əbül Müzəffər və Cəlaləddin titulları ancaq Axsitana məxsus olduğu kimi, Əbül Hüca və Fəxrəddin titulları da yalnız III Mənuçöhrə məxsus idi.Hadi həsən. Fələki Şirvani, s.9–10 Bakı qalasının şimal divarının uçması nəticəsində tapılmış böyük daş üzərində kufi xətlə yazılmış üçsətirlik natamam kitabədə köhnə Bakın qala divarlarının Şirvanşah III Mənuçöhr tərəfindən tikildiyi xəbər verilir.Aшypбeйли. Oчepк… c.136. XII əsrin birinci yarısında III Mənuçöhr tərəfindən şəhər divarının çəkilməsinə dair kitabənin verdiyi məlumat Şirvan dövlətinin güclənməsilə əlaqədar şəhərlərdə böyük istehkam işləri aparıldığını göstərir. Sikkələr Mənuçöhrün atasının adını müəyyənləşdirir. Saray şairi Fələkinin "Divan"ında onun atasının adının "ibn Əfridun" kimi çəkilməsi isə onu Kəsranın oğlu hesab edən Dornun səhvini düzəldir. Kəsra sözündən olan Kəsran Xosrov sözünün ərəbləşdirilmiş forması olub, Sasani nəslinə süni mənsubluq bildirən soyadıdır.Пaxoмoв. Kpaткий kypc… c.32.

Ailəsi thumb|left|Bayıl qalası daşlarında Tamara olduğu ehtimal edilən gürcü qadını təsviri. Şirvanşahlar sarayıRasim Əfəndi. Azərbaycan incəsənəti. Bakı: Şərq-Qərb, 2007. Şirvanşah III Mənuçöhrün ehtimal ki, üç arvadı olmuşdur. Fələkinin verdiyi məlumata görə onun beş oğluDivani-Fələki, s.866, 897Hadi Həsən. Fələki Şirvani, s.15 olmuşdur. Lakin həmin müəllifın başqa bir əsərində Şirvanşahın, Tamardan olan üç oğlundan və bir qızından danışılır.Фaлaки Шиpвaни. Oдa нa cмepть цapя Дeмeтpe; З. M.Бyниятoв. Гpyзия и Шиpвaн в пepвoй пoлoвинe XII в. Tбилиcи, 1966, c.288–291

Onlar Mənuçöhrün ölümündən sonra numizmatik məlumatlardan bəlli olan Axsitan, Fərruxzad, Şahənşah, Fəridundur.Hadi Həsən. Fəlki Şirvani, s.15–16 Baqilani bəndi tikilən ildə Mənuçöhrün qızı Alçiçək və oğlu Fəribürz xəstələnib ölmüşlər. Mənuçöhrün h.555 (1160)-ci ildə qəfil ölümü ölkədə 168 gün davam etmiş kəskin siyasi böhrana və təfriqəyə səbəb oldu. Sarayda hakimiyyət uğrunda mübarizə şiddətləndi. Mənuçöhrün yerini tutmuş şir ürəkli Fəridün şahzadə pusqudan atılan oxla öldürüldü. Nəticədə hakimiyyət Axsitanın əlinə keçdi.Гaфap Keндли, c.126, 141–144 Ehtimal ki, Fəridün Şirvanşah Mənuçöhrün valiəhdi olmuşdur. Fələki Şirvaninin aşağıdakı misraları da buna işarə edir: Sənin iltifatının köməyilə iblis torpağı Şirvan ("şər" sözündən) Fəzilət torpağı Xervana ("xeyir" sözündən) çevrildi. Bu aşkar gerçəklik bu şübhələri aradan qaldırdı.Divani Fələki, 1078–1079Hadi Həsən. Fələki Şirvani, c.17. Bu misralar Mənuçöhrün ölümünə az qalmış Şirvanda "iğtişaş dövrü" yarandığını göstərir. Xaqaninin əsərlərindən məlum olur ki, Şirvandakı ixtilaflar Şirvanın özünün daxili ziddiyətləri, sosial və siyasi vəziyyəti dövlət başçısı Şirvanşahın feodallar və əyanlarla qarşılıqlı münasibətləri ilə bağlı idi.Гaфap Keндли, c.143 O. L. Vilçevskiyə görə Mənuçöhrün ölümündən sonra onun dul qalmış arvadı Tamar kiçik oğlu ilə birlikdə qıpçaqlara arxalanaraq Şirvan və Gürcüstanı birləşdirməyə çalışırdı. "Lakin Mənuçöhrün atabəy Eldəgizin qoşunu ilə Şirvana gələn böyük oğlu Axsitan ögey anasını Gürcüstana, tərbiyə edib böyütdüyü qardaşı oğlu – gürcü hökmdarı III Georginin yanına qaçmağa məcbur etdi. Tamar burada ömrünü monastırda başa vurdu".O. B . Bильчeвcкий. Xakaни. "Coвeтckoe вocтokoвeдeниe", 1957, N°4, c.66 Çox ola bilər ki, Xaqaninin Mənuçöhrün ölümü münasibətilə yazdığı mərsiyənin (Xanıkov onu səhvən Axsitana aid edir) aşağıdakı misralarında həmin hadisələrə eyham edilir: "Ah! Sevinc Kəbəsi indi qəm yuvası oldu, çünki böyük Mənuçöhrün bütün şöhrəti onun öz günlərini başa vurmasına mane olmadı. Lakin böyük (kiliyə) öz xasiyyətləri ilə hər səhər sanki deyirdi: "Bizim şərəfimizi alçaldan adamın adı qoy dünyadan silinsin".Bünyadov Z. Azərbaycan Atabəylər dövləti, B., 1989, s. 159–160 Mənuçöhrün Tamardan başqa arvadının olub-olmadığı və onun Xaqani və Fələki tərəfindən adları çəkilən oğullarının hamısının bir anadan olduqları məlum deyil. Ehtimal ki, Mənuçöhrün başqa arvadları və onlardan övladları olmuşdur.

"Kartlis tsxovreba"nın 1161-ci ilə aid ikinci şəhadəti Tamarın əri öldükdən sonra Gürcüstana gəlməsindən bəhs edir. "III Georgi (1156–1184) Anidə düşərgə salıb nəşəli üzlə onu böyüdüb ərsəyə yetirən bibisinin məleykələr məleyekəsi Tamarın pişvazına çıxdı. Tamar onu təbəssüm qarışıq göz yaşları ilə islatdı".Бpocce, ч.l, c.382–391Hadi Həsən. Fələki Şirvani, s.14 Həmin salnamədə daha sonralar belə bir müxtəsər xəbər var: "Hökmdar I Demetrinin bacısı, Taqvidəki monastırın müəssisi Tamar rahibə kimi ölmuşdür". S. Aşurbəyli qeyd edir ki, bizim gürcü salnaməsinin verdiyi məlumata inanmağa heç bir əsasımız yoxdur və Şirvanşah Mənuçöhrün arvadı olarkən müsəlmanlığı qəbul etmiş "Şirvan məleykəsi"ninBильчeвcкий. Xakaни, c.65. ərinin ölümündən sonra Şirvanşahlar sarayını tərk etməyə məcbur olması faktı Şirvanda "iğtişaş dövrü" hadisələrindən xəbər verir, Mənuçöhrün oğulları hakimiyyət uğrunda mübarizə apararkən sarayda bir neçə qruplaşma fəaliyyət göstərirdi və ehtimal ki, Tamarın başçılıq etdiyi həmin qruplardan biri məğlubiyyətə uğramış, onun oğlu Axsitan isə Eldəgəzlərin köməyilə Şirvanşahlar taxtına sahib olmuşdur. Xaqani eyhamla başqa bir hadisədən danışır. Ehtimal ki, baş tutmayan dövlət çevrilişində Tamarla birlikdə Axsitanın qardaşlarının da əli olmuşdur. "Ana yaylığını oğlunun ayaqları altına ataraq, oğlanları üçün aman dilədi". Xaqani hökmdarı anasına qarşı mərhəmətli olmağa və onun sözündən çıxmamağa çağırır.Divani-Xaqani. Tehran, 1316 h., s.116–120, 392–398Гaфap Keндли, c.171 Bu şeirin yazılma tarixi məlum deyil, lakin S. Aşurbəyliyə görə o, "iğtişaş dövrü" hadisələrində, Mənuçöhrün ölümündən sonra onun oğulları arasında hakimiyyət uğrunda mübarizə dövrünə aiddir və söhbət Axsitana müxalif çıxan Tamar və onun oğullarından gedir. Göründüyü kimi – Tamar Şirvanı məhz həmin hadisələrdən sonra tərk etmişdir. Əgər bizim mülahizəmiz yanlışdırsa, onda ehtimal ki, burada Mənuçöhrün başqa arvadından və oğullarından danışılır. Həm də, məlumat daha sonralara aiddir.

Fəaliyyəti

Hakimiyyət dövrü Müasir gürcü tarixşünaslığında belə bir versiya meydana gəlmişdir ki, Əfridun 1120-ci ildə öldükdən sonra III Mənuçöhr qədər Şirvanşahlar taxtına adı mənbələrdə çəkilməyən bir hökmdar çıxmışdır.Acaтиaни, c.43–47Mecxиa. Дидгopckaя битвa, c.66. Belə bir müddəanın ortaya çıxmasına səbəb saray şairi Xaqaninin III Mənuçöhrün ölümü münasibətilə yazdığı qəsidədə Şirvanşahın otuz il hökmranlıq etməsini xatırlamasıHadi Həsən. Fələki Şirvani, s.20 olmuşdur. Bu halda onun hökmranlığının sonu 1149/50-ci ilə düşür. Eləcə də, Fələkinin gürcü hökmdarı I Demetrinin ölümü münasibətilə yazdığı qəsidədən məlumdur ki, Şirvanşah III Mənuçöhr 1156-cı ildə hələ sağ idi.З.Бyниятoв. Гpyзия и Шиpвaн, c.285, 289–292 Mənuçöhrün dövrümüzədək gəlib çatmış sikkələri 1136–1160-cı illərə aiddir. Onun oğlu Axsitanın ilk sikkəsi də 1160-cı ilə aiddir.Пaxoмoв. Kpaткий kypc… c.36Kyймджaн. Уникaльнaя мoнeтa, c.342. "Kartlis tsxovreba"dan məlumdur ki, Mənuçöhrün arvadı Tamar əri öldükdən sonra Şirvanı tərk edərək Tiqvidə monastır təsis etmiş və burada rahibə kimi ölmüşdür. 1161-ci ildə o, hələ sağ idi.Бpocce, c.382 Deməli, sikkə məlumatlarına və "Kartlis tsxovreba"ya görə, Mənuçöhrün hökmranlığının sonu h.555 (1160)-cı ilə, yəni onun ölüm ilinə düşür.

III Mənuçöhrə qədər on il ərzində hakimiyyət sürmüş başqa bir Şirvanşahın adına heç bir mənbədə, nə XII əsr şairlərinin əsərlərində, nə də numizmatika məlumatlarında təsadüf olunmur. Xaqaninin otuz illik hökmranlıq haqqında sözləri qeyri-dəqiq, təqribi ola bilər. Belə ki, o, başqa şeirlərində bəzi hadisələrə dair yuvarlaq rəqəmlər gətirir. Belə qeyri-dəqiqliyə poetik əsərlərdə yol verilir, buna görə onlara çox da inanmaq olmaz.S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007

Səlcuqlulardan asılılıq 250px|thumb|right|III Mənuçöhr bir müddət Böyük Səlcuqlu imperatoru Məlik şahdan vassal asılılığında olmuşdur Şirvanşah III Mənuçöhrün İraq səlcuqlarından asılılığını mənbələrdən və sikkə məlumatlarından görünür. Mənuçöhrün təqribən 1111-ci ildə gürcü şahzadəsinə, IV Davidin qızına evlənməsi o vaxtlar çox təcavüzkar olan gürcü hökmdarlarına Şirvanın işlərinə qarışmağa bəhanə vermişdir.Brosse, c.360Hadi Həsən Fələki Şirvani, s.12–13Ф.Д.Жopдания, c.239–240. XII əsrin birinci rübündə Gürcüstanı, bir tərəfdən, Qafqaz düzənliyinin xeyli hissəsini tutmuş güclü köçəri döyüşçülər – türk-qıpçaqlar, digər tərəfdən isə, artıq XI əsrin ikinci yarısından tədriclə Zaqafqaziya ölkələrini istila edən türk-səlcuqlar təhdid edirdilər.

Səlcuqlar artıq XI əsrin birinci yarısının axırlarında İranı, İraqı, Suriyanı, Cənubi Azərbaycanı, Ermənistanı, Gürcüstanı və digər ölkələri zəbt etmişdilər. XI əsrin son rübündə türk-səlcuqlar nəinki Zaqafqaziyada, həm də, bütün Yaxın Şərqdə başlıca və hakim qüvvəyə çevrildilər. Gürcü hökmdarı IV David Qurucu qızı Tamarı Şirvanşahın oğlu Mənuçöhrə ərə verməklə Şirvanşahların simasında səlcuqlara qarşı mübarizədə müttəfıq qazanırdı. Digər tərəfdən, IV Davidin özünün möhtəşəm qıpçaq məliki Şəraqənin oğlu Ətrəkin qızı Quranduxtla evlənməsi və sonra 40 000 qıpçağı ailəsi ilə birlikdə Gürcüstana köçürməsi ona səlcuqlarla və öz qonşuları ilə müharibə aparmaq üçün güclü ordu yaratmağa və qıpçaqlar tərəfindən ola biləcək təhlükəni aradan qaldırmağa imkan verdi. Şirvanşah Əfridun IV Davidin qızı Taman oğluna almaqla səlcuqların hücum təhlükəsi qarşısında gürcü hökmdar evi ilə qohumluq münasibətləri yaratmaq kimi siyasi məqsədlər güdürdü. Bu nikahla, göründüyü kimi, Əfridun eləcə də hərbi cəhətdən çox güclü olan və Şirvanın özü üçün Gürcüstandan az təhlükə doğurmayan qıpçaqları neytrallaşdırmaq və öz tərəfinə çəkmək istəyirdi.

Lakin sonralar Əfridun qüvvələr nisbətini və səlcuqların daha təhlükəli olduğunu görüb, Gürcüstanla ittifaqı pozdu və Şirvanşahların hələ I Fəribürz dövründən bəri sonralar da yeritdikləri ənənəvi siyasət daha güclü düşmənə meyil göstərmək və təhlükə qarşısında gözləmə siyasəti – aparmağa başladı. IV Davidin 1117-ci ildə Mənuçöhrün evlənməsindən bir az keçmiş təcavüzkar hərəkətlərini – oğlu Demetrinin Şirvana hücum edib Kaladzor qalasını tutmasını və sonralar, 1120-ci ildə IV Davidin özünün Şirvana iki dəfə hücum çəkərək, Qəbələni və digər şəhərləri alması bununla izah edilir.

Əfridunun ölümündən sonra onun oğlu III Mənuçöhrün hakimiyyəti dövründə vəziyyət dəyişdi. Səlcuq sultanının koalision qoşunu 1121-ci ildə Trialetidəki Didqoru vuruşmasında məğlub edildikdən və IV David 1122-ci ildə Tiflisi və Dmanisini tutduqdan sonraБpocce, c.360–368Mecxиa. Дидropckaя битвa, c.86–89, 99–103. Mənuçöhr sultandan uzaqlaşdı və həmin vaxtlar çox güclənmiş Gürcüstanın tərəfinə keçdi. Şirvanşah Mənuçöhrün siyasətinin dəyişməsində, səlcuq sultanının vassalı və müttəfiqi olmaqdan imtina etməsində, görünür, Şirvanşahın arvadı – əri üzərində güclü nüfuza malik olan gürcü şahzadəsi Tamar və onun əhatəsi az rol oynamamışdır. "Türklər və digər müsəlman hökmdarları Gürcüstana qarşı uğursuz mübarizə apardıqları bir vaxtda yeni Şirvanşah artıq Gürcüstanın tərəfində idi. Bu səbəbdən qisas məqsədilə Gürcüstana gələn sultan Mahmud öncə Şirvanşahı cəzalandırmaq üçün Şirvana soxuldu".Acaтиaни, c.32.