"Sabrina" () — rejissor Billi Uaylderin filmi.
Məzmun
Filmin əvvəli hekayənin ənənəvi başlanğıcı kimi verilir. Lonq-Aylendin cənub sahilində gözəl malikanədə milyonçu Lerrabi ailəsi yaşayır: ata, ana və iki oğul. Onlardan böyüyü ağıllı Laynus, kiçiyi isə ailənin sürücüsünün gənc qızına vurulmuş Deviddir. Qızını "sevgi xəstəliyi"ndən qurtarmaq üçün atası onu Parisə aşpazlıq məktəbinə oxumağa göndərir.
Bir neçə il sonra o, evə incə, zərif, mədəni bir gözəl kimi qayıdır. Bu illər ərzində onun hissləri keçməyib. İndi isə artıq Devid də qızı sevir. Pis oğulun uğurlu evliliyi hesabına biznesin ailəlikcə genişləndirilməsi planı təhlükə altındadır. Böyük qardaş mərdliklə zərbəni öz üzərinə götürməyə və arzu etmədiyi qızın qayğısına qalmağa hazırdır.
Mükafatlar
1955-ci ilin "Oskar" mükafatı:
Ən yaxşı kostyumlara görə – Edit Hed
1955-ci ilin "Qızıl qlobus" mükafatı:
Ən yaxşı ssenari – Billi Uaylder, Semuel Teylor, Ernest Leman
1954-cü ilin ABŞ kinotənqidçi şurasının milli mükafatı:
İkinci planda ən yaxşı aktyor – Con Vilyams
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifləri : Billi Uaylder, Semuel Teylor, Ernest Leman Rejissor : Billi Uaylder Operator : Çarlz Lanq Bəstəkar : Fridrix Hollander Prodüser : Billi Uaylder
Rollarda
Odri Hepbern – Sabrina Feyrçayld Hamfri Boqart – Laynus Lerrabi Uilyam Holden – Devid Lerrabi Volter Hempden – Oliver Lerrabi Con Vilyams – Tomas Feyrçayld Marta Hayer – Elizabet Ellen Korbi – miss MakKardl Nella Uoker – Mod Perrabi
İstinadlar
Xarici keçidlər
Reel Classics page includes a Sabrina poster and Hepburn's photo from the film
Kateqoriya:ABŞ filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Billi Uaylderin filmləri Kateqoriya:1954-cü ilin filmləri Kateqoriya:Paramount Pictures Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:ABŞ-nin ağ-qara filmləri Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:İngilis dilində romantik komediya-dram filmləri Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:Pyeslərə əsaslanan ABŞ filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:ABŞ-nin romantik komediya-dram filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Qardaşlar haqqında filmlər Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:Lonq-Aylend haqqında filmlər